Bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

 

Qərar ¹ 48/234

 

 

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra - Mərkəzi Seçki Komissiyası) 2023-cü il 19 sentyabr tarixli 4/11 saylı Qərarı ilə ölkə üzrə seçki dairələrinin yaradılması sxemi onun qrafik təsviri təsdiq edilmişdir.

"Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli Qanununa əsasən bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələr yaradılmışdır. Həmçinin "Bələdiyyələrin əraziləri torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli Qanunu ilə "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı" yeni redaksiyada verilmişdir.

Bununla əlaqədar olaraq, Mərkəzi Seçki Komissiyasında fəaliyyət göstərən seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla, bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsinə dair təkliflərini Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Belə ki, 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur-Kəngərli, 3 saylı Babək-Şahbuz-Kəngərli, 4 saylı Naxçıvan şəhər, 5 saylı Babək-Naxçıvan-Culfa, 6 saylı Ordubad-Culfa, 37 saylı Qaradağ, 41 saylı Gəncə-Samux-Goranboy, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ, 52 saylı Yevlax, 53 saylı Yevlax-Mingəçevir, 55 saylı Siyəzən-Quba-Xızı, 56 saylı Şabran-Xaçmaz, 57 saylı Xaçmaz şəhər, 58 saylı Xaçmaz kənd, 59 saylı Quba, 60 saylı Quba-Qusar, 61 saylı Qusar, 62 saylı Kürdəmir, 65 saylı Salyan-Biləsuvar-Neftçala, 66 saylı Saatlı, 67 saylı Sabirabad, 68 saylı Sabirabad-Şirvan, 70 saylı Neftçala, 71 saylı Cəlilabad şəhər, 72 saylı Cəlilabad kənd, 73 saylı Masallı-Cəlilabad, 74 saylı Masallı, 75 saylı Yardımlı-Masallı, 81 saylı İmişli, 82 saylı İmişli-Saatlı, 85 saylı Füzuli-Ağcabədi, 86 saylı Ağcabədi, 87 saylı Qobustan-Şamaxı-İsmayıllı, 88 saylı Şamaxı, 89 saylı İsmayıllı, 92 saylı Göyçay-Ağdaş, 93 saylı Ağdaş, 95 saylı Zərdab-Kürdəmir-Ucar, 101 saylı Samux-Şəmkir, 102 saylı Şəmkir şəhər, 103 saylı Şəmkir kənd, 107 saylı Tovuz-Qazax-Ağstafa, 109 saylı Qazax, 110 saylı Balakən, 111 saylı Zaqatala-Balakən, 112 saylı Zaqatala, 114 saylı Şəki şəhər, 115 saylı Şəki kənd, 116 saylı Qəbələ 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairələrinin sxemi qrafik təsvirində nəzərə alınmaqla həmin dairələrin hüdudlarında qismən dəyişikliklər edilməli Mərkəzi Seçki Komissiyasının internet saytında bununla bağlı müvafiq bazadakı informasiya yenilənməklə ictimaiyyətin məlumatlandırılması təmin olunmalıdır.

Eyni zamanda yerli şərait digər şərtlər nəzərə alınmaqla qanunvericiliyin tələblərinə uyğun olaraq seçicilər üçün maksimum əlverişli imkanlar yaradılmasının zəruriliyi diqqət mərkəzində saxlanılmalıdır.

Qeyd edilənlərə əsasən, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.4-cü 29-cu maddələrinə uyğun olaraq qərara alır:

1. 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur-Kəngərli, 3 saylı Babək-Şahbuz-Kəngərli, 4 saylı Naxçıvan şəhər, 5 saylı Babək-Naxçıvan-Culfa, 6 saylı Ordubad-Culfa, 37 saylı Qaradağ, 41 saylı Gəncə-Samux-Goranboy, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ, 52 saylı Yevlax, 53 saylı Yevlax-Mingəçevir, 55 saylı Siyəzən-Quba-Xızı, 56 saylı Şabran-Xaçmaz, 57 saylı Xaçmaz şəhər, 58 saylı Xaçmaz kənd, 59 saylı Quba, 60 saylı Quba-Qusar, 61 saylı Qusar, 62 saylı Kürdəmir, 65 saylı Salyan-Biləsuvar-Neftçala, 66 saylı Saatlı, 67 saylı Sabirabad, 68 saylı Sabirabad-Şirvan, 70 saylı Neftçala, 71 saylı Cəlilabad şəhər, 72 saylı Cəlilabad kənd, 73 saylı Masallı-Cəlilabad, 74 saylı Masallı, 75 saylı Yardımlı-Masallı, 81 saylı İmişli, 82 saylı İmişli-Saatlı, 85 saylı Füzuli-Ağcabədi, 86 saylı Ağcabədi, 87 saylı Qobustan-Şamaxı-İsmayıllı, 88 saylı Şamaxı, 89 saylı İsmayıllı, 92 saylı Göyçay-Ağdaş, 93 saylı Ağdaş, 95 saylı Zərdab-Kürdəmir-Ucar, 101 saylı Samux-Şəmkir, 102 saylı Şəmkir şəhər, 103 saylı Şəmkir kənd, 107 saylı Tovuz-Qazax-Ağstafa, 109 saylı Qazax, 110 saylı Balakən, 111 saylı Zaqatala-Balakən, 112 saylı Zaqatala, 114 saylı Şəki şəhər, 115 saylı Şəki kənd, 116 saylı Qəbələ 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairələrinin sxemi   qrafik təsvirində nəzərə alınmaqla həmin dairələrin hüdudlarında qismən dəyişikliklər edilsin Mərkəzi Seçki Komissiyasının internet saytında bununla bağlı müvafiq bazadakı informasiya yenilənməklə ictimaiyyətin məlumatlandırılması təmin olunsun.

2. Mərkəzi Seçki Komissiyasının Katibliyi dairə seçki komissiyaları öz səlahiyyətləri daxilində bu qərarın icrası ilə əlaqədar müvafiq tədbirlər görsün.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr        Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

26.11.2024