Yaşar
Güler: “Azərbaycanla
Ermənistan arasında
sülh sazişi Qafqaz regionunda sabitliyi təmin edəcək”
Azərbaycanla Ermənistan
arasında sülh sazişi Qafqaz regionunda sakitliyi və sabitliyi təmin edəcək.
AZƏRTAC xəbər verir ki, bunu
Türkiyənin milli müdafiə naziri Yaşar Güler parlamentin plan-büdcə komissiyasında Milli Müdafiə Nazirliyinin
2025-ci il büdcəsinin
müzakirəsi zamanı
deyib.
O, Bakı ilə
İrəvan arasında
genişmiqyaslı sülh
sazişinin imzalanmasının
vacibliyini vurğulayıb.
Milli müdafiə
naziri terrorla mübarizədə əldə
olunan uğurlar barədə də məlumat verib. O qeyd edib ki,
Türkiyə Silahlı
Qüvvələrinin antiterror
əməliyyatları çərçivəsində
təkcə bu ilin əvvəlindən regionda fəaliyyəti qadağan edilmiş təşkilatların 2654 silahlısı
zərərsizləşdirilib.
Nazirin sözlərinə
görə, son illər Türkiyə ordusu terrorla mübarizə strategiyasını
dəyişib. “Hədəflərin
dəqiq müəyyən
edilmiş siyahısı
ilə qısamüddətli
zərbələr əvvəlcədən
müəyyən edilmiş
müddətlər olmadan
genişmiqyaslı əməliyyatlarla
əvəzlənib. Belə
bir strategiya terror təşkilatlarına,
xüsusilə də
PKK-ya güclü zərbə vurmağa imkan verdi”, -deyən Y. Güler Türkiyəyə qarşı
terror təhlükəsini
tamamilə aradan qaldırmaq əzmini də vurğulayıb.
Türkiyəli nazir
terrorizmlə mübarizədə
region ölkələri
arasında əməkdaşlığın
vacibliyinə diqqət
çəkərək bildirib
ki, İraq hökuməti ilə əldə olunmuş razılaşmalara əsasən,
bu sahədə konkret addımlar atılır.
Kiprdəki vəziyyətə
gəlincə, Yaşar
Güler qeyd edib ki, Ankara
“adanın yunan icmasının sabitliyi təhdid edən hərəkətlərini” diqqətlə
izləyir.
Nazir əlavə edib ki, Türkiyə “humanitar fəaliyyət bəhanəsi ilə Kiprin cənubunda xarici dövlətlərin fəallığının artmasını” müşahidə edir.
Azərbaycan.-2024.- 27 noyabr (¹ 261).- S.9.