COP29 beynəlxalq
ictimai rəydə məmnunluq doğurdu
Bakının evsahibliyi
etdiyi COP29 artıq tarixə çevrilmişdir.
Dünyanın diqqət
mərkəzində olan
bu böyük beynəlxalq tədbir ictimai-siyasi müstəvidə
qazandığı uğurlarla
yanaşı, yüksək
təşkilatçılıq bacarığı ilə də hələ uzun müddət xoş xatirə, habelə nümunə olaraq yaddaşlarda qalacaqdır.
BMT-nin İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasında (COP29) dünyanın
196 ölkəsindən 76000-dən çox insanın, prezident, vitse-prezident, baş nazir, eləcə də digər hökumət və dövlət adamlarının böyük
coşqu ilə iştirak etdiyi bu beynəlxalq tədbir həm də müstəqil Azərbaycanın dünyaca
böyük nüfuzunun
təzahürü idi.
Təşkilatçılıq baxımından yüksək
səviyyədə keçirilən
bu mötəbər tədbirin görünən
tərəflərindən biri
də odur ki, ölkələr və xalqlararası əməkdaşlığın genişləndirilməsində, yeni tərəfdaşlıq
əlaqələrinin qurulmasında
mühüm rol oynadığı kimi, dünyanın gələcəyinə,
siyasi, iqtisadi, ekoloji problemlərin araşdırılması və
həlli yollarına da işıq salmış, bir sözlə, bəşəriyyətin
sağlam gələcəyini,
iqtisadi, sosial-mədəni
tərəqqiyə inkişaf
istiqamətlərini beynəlxalq
aləmə bəyan etmişdir.
Azərbaycanda keçirilən
COP29 tədbirinə 200 ölkənin
yekdilliklə səs verməsi və bu qlobal tədbirin
yüksək səviyyədə
keçməsi ilk növbədə Prezident İlham Əliyevin yürütdüyü daxili
və xarici siyasətin uğurlu nəticəsidir. Rəsmi
Bakının hər zaman götürdüyü
öhdəliklərə, müqavilələrə
sadiq qalması onun beynəlxalq imicinə müsbət təsir edir və ölkəmiz etibarlı tərəfdaş
kimi dünyada tanınır.
Azərbaycanın COP29 kimi mötəbər tədbirə evsahibliyi etməsi bəzi Qərb dairələrinin və erməni lobbi qruplarının narahatlığına səbəb
olmuşdu. Xüsusilə,
Fransa və erməni lobbisinin təsirində olan Avropa Parlamenti bütün vasitələrlə
çalışırdı ki, bu mötəbər
tədbiri məhdudlaşdırsınlar
və s. Lakin onların bu cəhdləri fiaskoya uğradı. Tərəqqipərvər
dünya ictimaiyyəti
onların çağırışlarına
məhəl qoymadı.
Azərbaycan isə təşkilatçılıq bacarığına olan inamını bir daha təsdiqlədi. Prezident İlham Əliyev bəzi qərəzli dairələrin
əsassız iddialarını
faktlarla ifşa edərək, onların ucuz kampaniyalarının heç bir nəticə vermədiyini
üzə çıxardı.
Gəncə şəhər
sakini, təqaüdçü
Qasım Əliyev redaksiyamıza ünvanlandığı
məktubunda ölkəmizin
COP29-a tamamilə fərqli
ovqatda evsahibliyi etdiyini diqqətə çatdıraraq, məmnunluq
hissi ilə bildirir ki, tarixi
Zəfəri, suverenliyini
tam bərpa etməsi ilə qürurlanan qalib Azərbaycan COP29-un yüksək
səviyyədə keçirilməsi
üçün zəruri
addımlar atdı:
"Dünya siyasətçilərinin
diqqətlə izlədiyi
bu beynəlxalq tədbirdə başda Prezident İlham Əliyev olmaqla Azərbaycan regionda davamlı sülhün bərqərar olması üçün prinsipial mövqe nümayiş etdirdi. Rəsmi Bakı sülh təşəbbüsü ilə
çıxış etdi,
bu istiqamətdə konkret tədbirlər irəli sürdü. Azərbaycan həm də dünyaya göstərdi ki, sülh prosesi təkcə regional deyil, həm də qlobal əməkdaşlıqda prioritetdir".
Bakının Nəsimi
rayonundan Teymur İsmayılzadə COP29-un yüksək
səviyyədə keçirilməsində
rayon sakinlərinin də böyük əməyi olduğunu diqqətə çatdıraraq
tədbir günlərində
şəhərin küçə,
prospekt və meydanlarında, istirahət
guşələrində səliqə-sahmana
xüsusi fikir verildiyini, yeni çəmənliklərin, yaşıllıq
zolaqlarının salındığını,
restoran və hotellərdə qonaqlara qayğıkeşliklə yanaşıldığını
bildirir. T.İsmayılzadə
xüsusi olaraq diqqətə çatdırır
ki, şəhərimiz
səliqə-sahmanına, təmizliyinə
görə də dünyada seçildi:
"Şəhərdə demək
olar ki, tullantılara rast gəlinmədi, bu ənənəni bundan sonra da davam
etdirməliyik. Hər
yerdə yaşıllıqların
salınması sağlam
ekoloji mühit yaradıb. Düşünürəm
ki, COP29 kimi beynəlxalq tədbirin ölkəmizdə yüksək
təşkilatçılıqla keçirilməsi dövlətimizin
nüfuzunu daha da artırdı. Azərbaycan sağlam ekoloji mühitə töhfələr verir, salınan yaşıllıqlar,
alternativ, bərpaolunan
enerji mənbələri
ilə təmiz və sağlam gələcək formalaşdırır".
Redaksiyamıza COP29 kimi
qlobal tədbirin yüksək təşkilatçılıqla
başa çatdığından
bəhs edən məktub və teleqramlar, internet vasitəsilə göndərilən
mesajlar çoxluq təşkil edir. Görünən odur ki, ICESCO-nun baş direktoru Salim bin Məhəmməd
əl-Malik Azərbaycan
xalqını qürurlandıran
bu məsələyə
toxunaraq mətbuata açıqlamasında demişdir:
"Azərbaycan dünyanın
iqlim və ekoloji dəyişikliklərlə
mübarizə sahəsində
ən nüfuzlu tədbiri sayılan Tərəflər Konfransına
(COP29) evsahibliyi edərək
və təşkilatçılığı
uğurla həyata keçirərək, böyük
nailiyyətə imza atdı. Konfrans günlərində Azərbaycan
yüksək təşkilatçılıq
bacarığını, insan
kapitalını və
müasir texnoloji potensialını bir daha nümayiş etdirdi. Qeyd etmək
istərdim ki, COP29-da
4500-dən çox gəncin
könüllü kimi
iştirak etməsi də beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsinə
öz töhfəsini
verdi. Azərbaycanın
beynəlxalq aləmdəki
nüfuzlu mövqeyi onu son illərdə
yüksəksəviyyəli konfranslar və beynəlxalq tədbirlər
üçün əsas
məkanlardan birinə
çevirib.
Bakının bu
mötəbər tədbirə
uğurla evsahibliyi etməsi islam ölkələrinin bilik və təcrübəsinin
daha da zənginləşməsinə
öz töhfəsini
verəcək".
Rəhman SALMANLI,
Azərbaycan.-2024.- 27 noyabr
(№ 261).- S.12.