Azərbaycanın
mədəniyyət naziri
BMT Sivilizasiyalar Alyansının
tədbirində iştirak
edib
Portuqaliyanın Kaşkai
şəhərində BMT Sivilizasiyalar
Alyansının (UNAOC) "Sülhdə birlik: etimadın bərpası, gələcəyin yenidən
formalaşdırılması" mövzusunda X Qlobal Forumu keçirilir. Builki forum Sivilizasiyalar
Alyansının yaranmasının
20 illiyinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, forumun
açılış mərasimindən
sonra “Bəşəriyyət
naminə 20 illik dialoq: keçdiyimiz dərslər üzərində
düşünmək və
irəliyə doğru
yol açmaq" mövzusunda UNAOC Nazir Dostlar Qrupunun yüksəksəviyyəli görüşü
keçirilib.
Azərbaycan Respublikasının
mədəniyyət naziri
Adil Kərimli görüşdə çıxış
edib.
Bildirib ki, çoxmillətli və çoxkonfessiyalı ölkə olan Azərbaycan mədəniyyətlərarası dialoqa böyük töhfələr verir. Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” çərçivəsində 2011-ci ildən etibarən Sivilizasiyalar Alyansının da tərəfdaşlığı ilə ölkəmizdə altı dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib.
Azərbaycan.-2024.- 27 noyabr (№ 261).- S.15.