Latviya
səfiri COP29-un uğurla
başa çatması
münasibətilə Azərbaycanı
təbrik edib
“COP29-un uğurla başa
çatması münasibətilə
Azərbaycanı təbrik
edirəm. Azərbaycana
belə mühüm tədbirə peşəkarcasına
ev sahibliyi etdiyi üçün təşəkkürümü bildirirəm. Latviya ilə Azərbaycan arasında fəal şəkildə artan əməkdaşlığı yüksək qiymətləndiririk.
İl ərzində hər
iki ölkəyə siyasi və işçi səviyyədə
çoxlu sayda səfərlər oldu, o cümlədən Latviya Parlamenti sədrinin, Parlament üzvlərinin və dövlət nümayəndələrinin səfərlərini
qeyd etmək istərdim. Həm Azərbaycanda, həm də Latviyada bir çox mədəni layihələrin
həyata keçirildiyinin
şahidi olduq. Latviya və Azərbaycan əlaqələrinin
daha da gücləndirilməsində
iştirak edən hər kəsə təşəkkür edirəm”.
AZƏRTAC xəbər verir ki, bu
sözləri Latviya Respublikasının elan olunmasının 106-cı ildönümü
münasibətilə keçirilən
rəsmi qəbulda Latviyanın Azərbaycandakı
səfiri Edqars Skuya söyləyib.
Azərbaycanın Latviya
üçün mühüm
iqtisadi tərəfdaş
olduğunu diqqətə
çatdıran Edqars
Skuya, həmçinin
əlavə edib: “Ticarət dövriyyəsi
ötən son iki il ərzində
artıb. Hər iki ölkə ixrac, idxal və
bir çox sahələrdə ticari və iqtisadi əməkdaşlığın artırılmasına maraqlıdır.
Dövlətlərarası Komissiyanın gələn
il keçirilməsi planlaşdırılır. Bundan
əlavə, bizim 14 bələdiyyə ilə
fəal əməkdaşlığımız
mövcuddur. Biz gənclər arasında Latviyada təhsilə marağın artdığını
görürük”.
O öz ölkəsində və bütün regionda sülh və stabilliyin yanında dayandıqlarını və hər bir ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini qeyd edib.
Azərbaycan.-2024.- 27 noyabr (№ 261).- S.15.