Qlobal səviyyədə təşkilati
mükəmməllik nümunəsi
COP29-un əsas mövzusu olan enerji keçidinə, həmçinin iqlim maliyyəsinə həsr edilmiş müzakirələrdə Azərbaycan dünya ictimaiyyətinə müasir və realist bir model təqdim etdi. Bu konfrans çərçivəsində Prezident İlham Əliyev iqlim dəyişikliyinə qarşı mübarizədə ölkəmizin qarşıya qoyduğu prioritetləri bəyan edərək əsasən aşağıdakı məqamları vurğuladı:
• “Yaşıl enerji” strategiyası. Azərbaycanın enerji sektorunda yenilənə bilən mənbələrə keçid prosesini sürətləndirməsi. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur ərazilərinin “Yaşıl enerji zonası” olaraq təqdim edilməsi dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı.
• Transregional əməkdaşlıq. Azərbaycanın Avropa, Orta Asiya və Yaxın Şərqlə birgə enerji layihələri vasitəsilə strateji tərəfdaşlıq qurması konfrans iştirakçılarında heyranlıq doğurdu.
Bakı şəhərində təşkil olunan tədbir qlobal səviyyədə təşkilati mükəmməllik nümunəsi oldu. Tədbirin keçirildiyi Bakı Olimpiya Stadionunda qurulan innovativ ekoloji məkanlar, sıfır tullantı prinsiplərinə əməl olunması və karbon emissiyasının minimallaşdırılması tədbirin əsas üstünlükləri sırasında idi. Konfransın ən vacib məqamlarından biri əlilliyi olan şəxslər üçün inklüziv mühitin yaradılması oldu. Azərbaycan bu sahədə beynəlxalq standartlara tam uyğun şəkildə tədbirlər gördü:
• Konfransda işarət dili tərcüməçiləri, taktil xəritələr və əlil arabası istifadəçiləri üçün xüsusi nəqliyyat xidmətləri təmin edildi.
• Xüsusilə əlilliyi olan könüllülərin prosesdə fəal iştirakı Azərbaycanın sosial siyasətinin humanistliyini nümayiş etdirdi.
Dünyanın baxış bucağı. COP29 həm müzakirə, həm də liderlik modeli
COP29 Azərbaycanı beynəlxalq səviyyədə həm müzakirə platforması, həm də liderlik modeli kimi tanıtdı. Bir çox iştirakçı dövlətlərin nümayəndələri Azərbaycanın təşəbbüslərini yüksək qiymətləndirdilər. Avropa və Asiya ölkələrinin nümayəndələri Azərbaycanın enerji tranziti sahəsindəki əməkdaşlıq perspektivlərini xüsusi olaraq vurğuladılar. Konfrans çərçivəsində Bakı Maliyyə Məqsədi (BMG) barədə razılıq əldə olundu, Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi, İtki və Zərər Fondu tam şəkildə institutlaşdırıldı, Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı.
COP29 Azərbaycanın turizm və investisiya potensialını artırmaqla yanaşı, ölkənin qlobal enerji bazarındakı mövqeyini möhkəmləndirdi. Konfrans çərçivəsində enerji layihələri üçün ilkin razılaşmalar əldə olundu, “Yaşıl enerji” sahəsində birgə istehsal üçün beynəlxalq tərəfdaşlarla 5 əməkdaşlıq müqaviləsi imzalandı. Azərbaycanın təşkilati bacarığı, mədəni irsi və qonaqpərvərliyi yüksək qiymətləndirildi. Bu, ölkəmizin beynəlxalq arenadakı mövqeyini daha da gücləndirdi. Konfrans Azərbaycanın daxili iqlim strategiyasına da təkan verdi. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin ekoloji bərpası çərçivəsində “ağıllı şəhər və kənd” konsepsiyalarının tətbiqi genişləndirildi.
Azərbaycan və
COP29: Qlobal nüfuzun zirvəsi
COP29 Azərbaycan
üçün sadəcə bir beynəlxalq tədbir deyil, həm
də ölkəmizin qlobal liderlik qabiliyyətinin
nümayişi oldu. Bu konfrans iqlim dəyişikliyi ilə
bağlı problemlərin həllinə töhfə verməklə
yanaşı, Azərbaycanın iqtisadi, sosial və siyasi sahələrdə
gələcək inkişafı üçün möhkəm
bir platforma yaratdı. Dünya Azərbaycanın bu uğurunu gördü
və bunu yüksək qiymətləndirdi. Azərbaycanın
qlobal liderlik rolunu davam etdirməsi iqlim dəyişikliyi ilə
mübarizədə, yeni perspektivlər açır və bu,
ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır:
• COP29 çərçivəsində
Azərbaycanın təşəbbüsü ilə
“Yaşıl enerji” sahəsində 5 beynəlxalq əməkdaşlıq
müqaviləsi imzalanıb.
• Konfransın təşkilində
sıfır tullantı prinsiplərinə əməl olunub və
əlilliyi olan şəxslər üçün tam
inklüziv mühit yaradılıb.
• Qarabağ və
Şərqi Zəngəzur bölgələrinin “Yaşıl
enerji zonası” olaraq təqdim edilməsi beynəlxalq səviyyədə
rəğbət qazanıb.
• Konfransda Azərbaycanın
“ağıllı şəhər və kənd”
konsepsiyaları geniş müzakirə edilib və beynəlxalq
diqqət qazanıb.
• Bakı Olimpiya
Stadionunda təşkil olunan tədbir sıfır karbon
emissiyası ilə tarixə düşüb.
• COP29 çərçivəsində
iqlim maliyyəsinə dair konkret həllər üzrə qlobal
səviyyədə konsensus əldə olunub.
• Konfransın
keçirilməsi Azərbaycanın turizm və investisiya
potensialını əhəmiyyətli dərəcədə
artırıb.
• Prezident
İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur ərazilərinin
bərpasında innovativ yanaşmaları ön plana çəkib.
• Tədbirdə müxtəlif ölkələrin nümayəndələri Azərbaycanın təşkilatçılığını yüksək qiymətləndirib.
Azərbaycan.-2024.- 27 noyabr (¹ 261).- S.15.