Şəhid İlkin Qarayevin xatirəsi yad edilmişdir

 

 

Antiterror əməliyyatlarında şəhid olmuş İlkin Yusif oğlu Qarayevin xatirəsi doğulub boya-başa çatdığı Samux rayonunun Seyidlər kəndində böyük ehtiramla yad edilmişdir.

İ.Qarayevin valideynlərinin, dostlarının, rayon ictimaiyyəti nümayəndələrinin, icra hakimiyyəti əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə şəhidin məzarı ziyarət edildikdən sonra onun təhsil aldığı məktəbin şagirdləri vətənpərvərliyə qəhrəmanlığa həsr olunmuş şeirlər səsləndirmişlər.

Sonra Seyidlər kənd tam orta məktəbinin qarşısında şəhidin xatirəsinə inşa edilmiş bulağın açılışı olmuşdur. Rayon icra hakimiyyətinin şöbə müdiri Qurban Həsənov çıxışında şəhid ailələrinə göstərilən diqqət qayğıdan danışmışdır. Söz şəhidin doğmalarına verilmişdir. Qeyd etmişlər ki, İlkin 2004-cü il noyabrın 25-də anadan olmuşdur. Digər Azərbaycan oğulları kimi, İlkin torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmanlıq nümayiş etdirmiş, şəhidlik zirvəsinə ucalmışdır. O, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

 

 

Sabir ƏLİYEV,

Azərbaycan.-2024.- 27 noyabr (№ 261).- S.16.