MoskvadaQədim Azərbaycan adət-ənənələrinin dirçəlməsi - Kəlağayı yaylığıadlı tədbir keçirilib

 

Moskva Millətlər Evində kəlağayı ənənəvi sənəti simvolikasının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunmuşQədim Azərbaycan adət-ənənələrinin dirçəlişi - Kəlağayı yaylığıadlı təntənəli ədəbi-musiqili tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, qonaqları Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin (MMM) sədri Bəxtiyar Həsənov, sədr müavini Həşim Əliyev salamlayıblar. Qeyd edilib ki, 2014-cü ildə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə kəlağayı beynəlxalq aləmdə rəğbət qazanmışdır.

Qonaqlara videobağlantı vasitəsilə Bakı Dövlət Universitetinin professoru kafedra müdiri, kəlağayı sənətinin bütün dünyada tanınmış mütəxəssisi təbliğatçısı, həmçininKəlağayıkitabının müəllifi Rəna İbrahimbəyova qoşulub. Qonaqlar maraqlı faktlarla zəngin videomühazirə ilə tanış olublar.

Tədbirin təşəbbüskarı kimi Moskva Azərbaycanlılarının MMM Qadınlar Birliyinin rəhbəri Leyla Fərəcova çıxış edib bu unikal yaylıq haqqında hekayəni tamamlayan, dizayn işlərini məhsulun geyilmə yollarını göstərən, Şəkidən qonaq rəssam dizayner Cəmilə Hacısəmədzadəni səhnəyə dəvət edib.

Sazın müşayiəti ilə Azərbaycan xalq mahnılarının ifaçısı Təranə Gədəbəyli, Leyla Yusifova, Gülnur Alışeva, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun dosenti, türkmən dili müəllimi Maya Klıçyova, şair-tərcüməçi Afaq Şıxlı öz məharətlərini nümayiş etdiriblər.

Bəxtiyar HəsənovQadın ipək baş geyiminin istehsalı daşınmasının ənənəvi mədəniyyəti onun simvolikasımüsabiqəsinin qalibləri olan Qadınlar Birliyinin üzvlərinə diplomları təqdim edib.

Tədbirdə həmçinin Azərbaycanın kəlağayı, suvenirlər dekorativ sənət nümunələrindən ibarət sərgi təşkil olunub. Ənənəvi Azərbaycan yaylıqlarının nümayiş etdirildiyi moda nümayişi keçirilib.

 

Azərbaycan.-2024.- 27 noyabr (№ 261).- S.16.