İlham Əliyevin "yaşıl gündəliy"i qlobal dəstək aldı

 

 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə təşkil edilməsi Azərbaycanın dünyadakı  hörmət nüfuzunun daha bir təsdiqi oldu. Doğrudur, ölkəmiz indiyədək bir çox mötəbər beynəlxalq tədbirə evsahibliyi edib hamısını yüksək səviyyədə keçirib. Lakin COP29 daha qlobal bir tədbir idi   ona evsahibliyi etməyin şərəfi kimi məsuliyyəti böyük idi.

Belə bir tədbiri bu cür yüksək səviyyədə keçirməyin öhdəsindən heç hər ölkə gələ bilməz. Bunun üçün həm maddi-texniki baza, həm beynəlxalq nüfuz, həm hərtərəfli etimad lazımdır. Bir sözlə, belə mötəbər tədbiri keçirən ölkə söz sahibi olmalıdır. Əməkdaşlıq tərəfdaşlıq etməyi, bunlar üçün körpü salmağı bacarmalıdır.

COP29-un iştirakçıları - dövlət başçılarından sadə qonaqlaradək hamı istər tədbirə hazırlığın, istərsə gedişinin mükəmməl olduğunu vurğuladı. Bir neçə misal gətirmək kifayətdir. Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis COP29-un qısa müddətdə yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısını təbrik etdi.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəyi belədir:  "Birləşmiş Millətlər Təşkilatının İqlim Sammitinin uğurla keçirilməsi münasibətilə hörmətli İlham Heydər oğlunu bir daha təbrik etmək istərdim. Biz hamımız gördük ki, bu, Azərbaycanın nüfuzunun tanınmasıdır. Regionunuzda ilk dəfədir ki, belə möhtəşəm tədbir keçirilir bu, Azərbaycanın qlobal miqyasda ən yüksək nüfuzunun bariz göstəricisidir".

Malayziyanın paytaxtı Kuala Lumpurun meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru xanım Maimuna Mohd Şərif dövlətimizin başçısına müraciət edərək demişdir: "Cənab Prezident, COP29-a Azərbaycanda, Bakıda evsahibliyi etdiyinizə görə təşəkkür edirəm. Siz həqiqətən öz rəhbərliyiniz liderliyinizlə hamını sülhün vacibliyinə inandırdınız. Sülh olmadan dayanıqlı inkişaf barədə danışmaq mümkün deyil. Dayanıqlı inkişaf olmadan da biz sülhü yarada bilmərik. Mən Azərbaycana Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələrə görə təşəkkür edirəm".

"Mən Azərbaycanı sülh naminə iqlim təşəbbüsünün bir hissəsi kimi qiymətləndirilən COP29-un prezidenti kimi görməkdən çox məmnunam". Bunu isə yaxın qonşumuz Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib COP29-u belə dəyərləndirib: "Bu tədbir əlamətdar hadisədir, çünki Cənubi Qafqaz regionu ölkəsi ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının İştirakçılarının Konfransına evsahibliyi edir. Azərbaycana bu istiqamətdə səmərəli iddialı nəticələrin əldə edilməsində, danışıqlar prosesində əməkdaşlıq konstruktiv dialoq ruhunun təşviqində uğurlar arzulamaq istərdim. Bu konfrans kritik bir vaxta təsadüf edir, çünki iqlim dəyişikliyi çağımızın ən aktual problemlərindən biri kimi ortaya çıxır onun çoxşaxəli nəticələrini həll etmək üçün təcili qlobal fəaliyyət əməkdaşlıq tələb edir".

Məlum olduğu kimi, dövlətimizin prioritetlərindən biri ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası artırılması, su ehtiyatlarından dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsidir. Bu prioritet daxilində iki məqsədin effektiv reallaşdırılmasına nail olunmalıdır. Biri yüksəkkeyfiyyətli ekoloji mühit, digəri  "yaşıl enerji" məkanıdır.

Bütün bunlar COP29-un zirvəsindən daha aydın göründü qlobal dəstək aldı, təqdir edildi. Belə ki, Qarabağ Şərqi Zəngəzur, eləcə Naxçıvan MR Prezident İlham Əliyev tərəfindən "yaşıl enerji" zonaları elan edilib. Ümumilikdə ölkəmizin bərpaolunan enerjidə texniki potensialı quruda 135 qiqavat dənizdə 157 qiqavat təşkil edir. İndiyədək bu istiqamətdə görülən işlər barədə deməyə   söz var. Ötən il Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin tikdiyi 230 meqavatlıq "Qaradağ" Günəş-Elektrik Stansiyası istifadəyə verilib. Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. COP29-un davam etdiyi günlərdə Cəbrayıl rayonunda Birləşmiş Krallığın BP şirkəti ilə 240 meqavatlıq "Şəfəq" Günəş-Elektrik stansiyasının təməli qoyulub. Beləliklə, bərpaolunan enerji layihələrimiz getdikcə daha çox bölgəni əhatə etməkdədir. Bu il Neftçala, Biləsuvar günəş-elektrik stansiyalarının Abşeron-Qaradağ Külək-Elektrik Stansiyasının təməli qoyulub.

Ümumiyyətlə, 2030-cu ilə qədər ölkəmizdə təxminən 6 qiqavatlıq günəş, külək hidroenerji stansiyalarının tikilməsi nəzərdə tutulur. Lakin bu, planlarımızın hamısı deyil, çünki 10 qiqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr anlaşma memorandumları imzalanıb. Külək günəş enerjisi layihələri hesabına elektrik enerjisinin quraşdırılmış gücündə bərpaolunan enerjinin payı 2027-ci ildə 33 faizə, 2030-cu ildə isə 35,5 faizə  yüksələcək.

Lakin qonaqlarımızı valeh edən təkcə tədbirin möhtəşəm keçirilməsi deyil, həm ölkəmizin, paytaxt şəhərimizin gözəlliyi, xalqımızın qonaqpərvərliyi, insanlarımızın səmimiyyəti mehribanlığı oldu. Braziliyalı qonağımız Cilto Olevera dedi: "Bakı həyatımda ən çox xatırlayacağım ən gözəl şəhər kimi qalacaq. Bu şəhər doğmalığı ilə məni heyran etdi. Gördüyüm hər bir yer məni özünə bağlayır. İnsanların münasibəti isə tamam başqadır. Yalnız doğma adamınla belə səmimi davrana  bilərsən".

Dubaydan gəlmiş Raşid Məcid ürək sözlərini belə ifadə etdi: "Mən dünyanın çox ölkəsində olmuşam. Azərbaycanda olan qonaqpərvərliklə, insanpərvərliklə dünyanın heç bir yerində rastlaşmamışam. Xidmət təşkilatlarının işi nümunəvidir. Bakı gözəlliyi, rəngarəng gül-çiçəyi ilə məni valeh edib. İnsanların səmimi ünsiyyəti, mehriban davranışları məni çox düşündürür. İnsanların bir məqsədi var - yaxşılıq etmək".

Hindistanlı  Deepak Suaminin xoş təəssüratları var: "Azərbaycan, Bakı haqqında çox da məlumatlı deyildim. COP29-un Bakıda keçiriləcəyini mətbuatdan xəbər tutdum. Fikirləşdim ki, dünyanın 190-dan çox ölkəsinin nümayəndələrinin üz tutduqları şəhərə getmək maraqlı olar. Ölkənizlə tanışlıqdan sonra indiyə kimi bu gözəl diyara gəlmədiyim üçün təəssüfləndim. Əvvəllər eşitmişdim ki, Azərbaycanda müharibə gedir. Açığını deyim ki, ölkəniz haqqında fikrim çox qarışıq idi. İnsanlarınızı, buradakı mehribanlığı, qonaqpərvərliyi görüb heyrətləndim. Anladım ki, 30 il haqsız olaraq müharibəyə cəlb edilmisiniz. Bu cür istiqanlı, mehriban insanlar başqalarına pislik edə bilməzlər".

Deməli, COP29 dünyaya Azərbaycan həqiqətlərinin çatdırılması üçün növbəti bir vasitə oldu.

 

Flora SADIQLI,

Azərbaycan.-2024.- 28 noyabr (№ 262).- S.8.