Azərbaycanla ABŞ arasında əvvəlki dövrlərdə təməli qoyulmuş münasibətlərin inkişafına inam böyükdür

 

 

Prezident İlham Əliyev hələ 2-ci Şuşa Qlobal Media Forumunda çıxış edərkən demişdi: "Prezident Tramp "Vaşinqton Post"u "Nyu York Tayms"ı feyknyus, yəni yalan xəbər mənbəyi adlandırıb. Mən tamamilə onunla razıyam. Mən təkcə bu məsələdə deyil, onun bir çox bəyanatları ilə razıyam. Bu gün ABŞ Prezidenti məhz media tərəfindən hücumların qurbanıdır, ictimai rəyin manipulyasiyasının qurbanıdır".

Azərbaycanın dövlət başçısı çıxışının davamında xüsusi olaraq vurğulamışdı: "Qərarı Amerika xalqı verəcək. Bu, onların prezidentidir. Lakin, eyni zamanda, bu, bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bir çox xalqların ölkələrin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olacaq. Mənim fikrimcə, Prezident Trampın hələ davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər".

Avropa, Asiya Yaxın Şərqin kəsişməsində yerləşən Azərbaycan, ABŞ-nin Cənubi Qafqazda maraqları baxımından strateji tərəfdaş rolunu oynayır. Enerji ehtiyatları "Cənub qaz dəhlizi" kimi layihələr sayəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rola malik olması inkarolunmazdır. Rusiyanın Avropa enerji bazarındakı payının azalması fonunda, Azərbaycan Qərb üçün neft qazın əsas təchizatçılarından birinə çevrilib.

Trampın enerji təhlükəsizliyinə dair yanaşması, tədarük mənbələrinin diversifikasiyasını dəstəkləməyə yönəlib. Ehtimal etmək olar ki, onun administrasiyası ölkəmizin  təşəbbüslərinə, xüsusilə "Cənub qaz dəhlizi"nin genişləndirilməsinə yeni infrastruktur layihələrinə dəstək göstərə bilər.

Tramp keçmiş prezidentliyi dövründə dövlətimizin başçısına göndərdiyi çoxsaylı məktublarda ölkələrimiz arasında münasibətlərin inkişafında maraqlı olduğunu bildirmişdi. 2020-ci ilin may ayında Donald Trampın Prezident İlham Əliyevə yazdığı məktubda qeyd olunurdu: "Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini müstəqilliyini güclü şəkildə dəstəkləyir. Birləşmiş Ştatlar Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını mənbələrini şaxələndirmək iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər".

Prezident İlham Əliyev ölkəmizin ABŞ- hansı liderin hakimiyyəti ilə yaxın münasibətdə olması sualını belə cavablandırmışdı: "Siz mənim Amerika liderləri ilə əlaqələrimə, təmaslarıma nəzər salsanız, bu, aydın olar. Eyni zamanda Prezident Trampın prezidentliyi dövründə bizim çox səmərəli əməkdaşlığımız olub. Bu əməkdaşlıq qarşılıqlı hörmət üzərində qurulmuşdur qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi".

Şübhəsiz ki, Trampın prezidentliyi dövründə ABŞ ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsi gözləniləndir. Neft, qaz bərpaolunan enerji sahəsində böyük potensiala malik Azərbaycan amerikalı şirkətlər üçün cəlbedici tərəfdaşdır. Tramp administrasiyası dövründə yeni yataqların işlənməsi infrastruktur layihələrində amerikalı investorların iştirakı da daxil olmaqla enerji sektorunda əməkdaşlığın genişlənməsini daha çox ehtimal etmək olar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampla telefon danışığında da Prezident Donald Trampın fəaliyyətinin dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacağını vurğulayıb. Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib.

Donald Tramp öz növbəsində ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini bildirib. Dövlət başçılarının telefon danışığından aydın göründüyü kimi,  iki ölkə arasında əvvəlki dövrlərdə təməli qoyulmuş münasibətlərin inkişaf etdirilməsinə inam ifadə olunur.

 

Elşən QƏNİYEV,

Azərbaycan.- 2024.- 28 noyabr (№ 262).- S.10.