Baş
prokuror Qətərə
işgüzar səfər
edib
Noyabrın 26-27-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti
İslam Əməkdaşlıq
Təşkilatına (İƏT) üzv dövlətlərin
korrupsiyaya qarşı
mübarizə aparan hüquq-mühafizə orqanlarının
ikinci yüksək səviyyəli görüşündə
iştirak üçün
Qətər Dövlətinə
işgüzar səfər
edib.
Baş Prokurorluğun
mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumata
görə, nümayəndə
heyəti ölkəmizin
Dohadakı səfirliyində
Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət
edib, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub.
İƏT üzvü olan 57 ölkənin Baş prokurorlarının,
ədliyyə, daxili işlər nazirlərinin,
müstəqil antikorrupsiya
qurumlarının və
nüfuzlu beynəlxalq
təşkilatların rəhbərlərinin
iştirak etdiyi korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının
görüşündə ev sahibi - Qətər
Dövlətinin İnzibati
Nəzarət və Şəffaflıq Təşkilatının
sədri Hamad Ben Nasser Al Misnad
tədbirin işinin tərəf dövlətlərin
korrupsiyaya qarşı
mübarizə sahəsində
birgə səylərinə
verəcəyi töhfədən,
gələcək fəaliyyətdə
təşkilatın korrupsiyaya
qarşı mübarizə
sahəsində əməkdaşlıq
haqqında Məkkə
Konvensiyasının tətbiqi
mexanizmi və icra perspektivindən danışıb.
Yüksək səviyyəli
iclasda çıxış
edən Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin milli prioritetlərindən olan korrupsiyaya qarşı mübarizə sahəsində
aparılmış ardıcıl
islahatlar, hüquqi və institusional tədbirlər barədə
xarici həmkarlarına
məlumat verib, İslam ölkələri
ilə əməkdaşlığa
ayrılan xüsusi diqqətin çoxsaylı
nümunələrindən biri kimi Məkkə
Konvensiyasının qəbul
edilməsi təşəbbüsünün
ilkin mərhələdən
etibarən Azərbaycan
tərəfindən dəstəkləndiyini
vurğulayıb. O, ölkəmizin
prokurorluq orqanlarının
qlobal və regional anti-korrupsiya təşəbbüslərində fəal iştirakına dair məsələlərə
də yer verərək, cari ildə ölkəmizdə
keçirilmiş dünyanın
ən mötəbər
beynəlxalq tədbirlərindən
biri kimi BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası (COP29), həmin
tədbir çərçivəsində
Azərbaycan Prokurorluğunun
xarici tərəfdaşlarla
birgə təşkil
etdiyi yüksək səviyyəli plenar sessiya, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik
Konfransı və Ümumi Yığıncağın
uğurlarına töhfə
vermiş İslam ölkələrinin nümayəndə
heyətlərinə bir
daha təşəkkürünü
ifadə edib.
Mütərəqqi beynəlxalq
təşəbbüslərə daim açıq olmaqla bu sahədə
etibarlı platforma rolu oynayan ölkəmizdə
aktual mövzu üzrə keçiriləcək
tədbirlərə toxunan
Baş prokuror Kamran Əliyev BMT-nin "GlobE" Antikorrupsiya Şəbəkəsinin
altıncı plenar sessiyasının 2025-ci ilin
mayında Bakıda keçiriləcəyini vurğulayaraq
həmkarlarını həmin
tədbirə dəvət
edib, İƏT-ə üzv
dövlətlərin korrupsiyaya
qarşı mübarizə
aparan hüquq-mühafizə
orqanlarının üçüncü
yüksək səviyyəli
görüşünə 2026-cı ildə ölkəmizin ev sahibi kimi
namizədliyinə göstərilən
dəstəyə görə
həmkarlarına minnətdarlığını
bildirib.
Tədbirdə ölkəmiz
İƏT-ə üzv dövlətlərin
antikorrupsiya qurum rəhbərlərinin Bürosunun
sədr müavini seçilib.
Səfər çərçivəsində
Baş prokuror tərəfindən xarici həmkarlarla bir sıra ikitərəfli görüşlər keçirilib.
Qətər dövlətinin
nümayəndə heyəti
ilə keçirilmiş
ikitərəfli görüşdə
İnzibati Nəzarət
və Şəffaflıq
Təşkilatının sədri
Hamad Ben Nasser Al Misnad ortaq dini və
mədəni dəyərləri
paylaşan ölkələrimiz
arasında müxtəlif
istiqamətlərdə mövcud
olan sıx tərəfdaşlıq əlaqələrinin
daim inkişaf etməsindən məmnunluğunu
bildirib, öz növbəsində həmin
əlaqələrin korrupsiyaya
qarşı mübarizə
sahəsində qurumlararası
əməkdaşlığa da töhfə verdiyini qeyd edib.
Kamran Əliyev
Azərbaycan və Qətər prokurorluqları
arasında əməkdaşlıq
təcrübəsinə dair
müsbət nümunələrə
istinad edərək, İnzibati Nəzarət və Şəffaflıq Təşkilatı ilə
də uğurla inkişaf etməkdə olan ikitərəfli əlaqələrin əhatə
dairəsinin genişləndirilməsinin
vacibliyini vurğulayıb.
Səfər zamanı
Kamran Əliyevlə Səudiyyə Ərəbistanı
Krallığının Nəzarət
və Korrupsiyaya qarşı Mübarizə
üzrə Qurumunun (Nazaha) prezidenti Mazin bin İbrahim
Əl Kahmus arasında keçirilmiş
ikitərəfli görüşdə
2023-cü ilin noyabrında
ölkəmizin Baş
Prokurorluğu ilə Krallığın Nazaha Qurumu arasında imzalanmış Əməkdaşlıq
haqqında memorandumun icra vəziyyəti müzakirə olunub, eləcə də qarşılıqlı əlaqələrin
növbəti inkişaf
perspektivləri müəyyən
edilib.
Həmçinin Baş
prokuror Pakistan İslam Respublikasının
ədliyyə naziri Azam Nazir Tararla
görüşüb. Dərin
tarixi bağlara malik qardaş ölkələrimiz arasında
strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlmiş
əlaqələrin iqtisadi,
hərbi, humanitar və digər istiqamətlərlə yanaşı,
hüquqi sahədə
də dayanıqlı
xarakter alması təqdirəlayiq hal kimi vurğulanıb. Görüşdə transmilli
təzahür olan korrupsiyaya qarşı mübarizə üzrə
qarşılıqlı əməkdaşlıq
potensialının daha
da gücləndirilməsi
məsələləri müzakirə
edilib.
İraq Respublikasının
Federal Dürüstlük Komitəsinin
sədri Məhəmməd
Əli Əl-Lami ilə keçirilmiş ikitərəfli görüşdə
ölkələrimiz arasında
mövcud olan tarixi dostluq münasibətlərindən bəhs
edilib, qurumlararası əməkdaşlıq əlaqələrinin
korrupsiyaya qarşı
mübarizə sahəsində
imzalanması nəzərdə
tutulan anlaşma memorandumu ilə yeni və daha
intensiv müstəviyə
qədəm qoyacağına
dair qarşılıqlı
inam ifadə edilib.
İkitərəfli görüşlərdə cinayət
işləri üzrə
qarşılıqlı hüquqi
yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, korrupsiya
cinayətləri və
qarşılıqlı maraq
doğuran digər mövzular ətrafında
səmərəli fikir
mübadiləsi aparılıb.
Bundan başqa,
səfər çərçivəsində
Kamran Əliyevlə
İƏT-in Baş katibi Hüseyn İbrahim Taha arasında ikitərəfli
görüş keçirilib.
Görüşdə təşkilatın
İslam ölkələrinin
həmrəyliyi və
tərəqqisində müstəsna
əhəmiyyəti vurğulanmaqla,
eyni zamanda, üzv dövlətlərin
cinayətkarlığa qarşı
effektiv mübarizə
fəaliyyətində də
təşviqedici rolu qeyd olunub.
Görüşdə Baş prokuror tərəfindən istər
torpaqlarımızın otuz
ilə yaxın müddət ərzində
işğal altında
saxlanıldığı dövrdə,
istərsə də növbəti mərhələdə
işğal faktına
son qoyulması ilə bağlı
İƏT-in ölkəmizin
haqq işinə qəbul etdiyi qətnamə və bəyanatlarla daim yaxından dəstək olduğu minnətdarlıq
hissi ilə xatırladılıb.
Baş katib Azərbaycan Respublikasının
İƏT-in işində
göstərdiyi fəal
və təşəbbüskar
mövqeyə görə
təşəkkür edib.
O, işğaldan azad olunmuş ərazilərə
etdiyi səfərlər
zamanı şahidi olduğu bərpa-quruculuq işlərini təqdir edib, ölkəmizin ərazi bütövlüyünün
bərpa edilməsi faktının İslam dünyası tərəfindən
böyük sevinclə
qarşılandığını bildirib.
Tədbirlərdə ölkəmizin Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev iştirak edib.
Azərbaycan.-2024.- 28 noyabr (№ 262).- S.2.