UNESCO-nun
mənzil-qərargahında azərbaycanlı rəssamların
sərgisi açılıb
Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı
ilə qurumun Parisdəki mənzil-qərargahında
azərbaycanlı rəssamların
sənət əsərlərinin
nümayiş etdirildiyi
“Dayanıqlı baxış:
Daha yaşıl gələcək üçün
incəsənət” adlı
sərginin açılışı
olub.
AZƏRTAC xəbər verir ki, Prezident
İlham Əliyevin Sərəncamı ilə
ölkəmizdə elan
edilmiş “Yaşıl
dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunmuş sərgidə Azərbaycanın
Xalq rəssamı Sakit Məmmədovun, eləcə də rəssamlar Xanlar Əsədullayev, Aqşin
Kazımov, Nihad Ağazadə, Çinarə
Baxşıyev-Qafarova, Mahir
Qafarov, Aynur Məmmədovanın, həmçinin
gənc rəssamlar Nazilə Fərzullayeva, Məryəm Abdulla və Nərmin Nəsibovanın əsərləri
nümayiş olunub.
UNESCO Baş Konfransının
42-ci sessiyasının sədri
Simona Mirela Mikulesku, UNESCO Baş direktorunun mədəniyyət
işləri üzrə
müavini Ernesto Ottone, Afrika prioriteti və xarici əlaqələr üzrə müavini Firmin Eduard Matoko,
təbiət elmləri
üzrə müavini
Lidia Brito, habelə təşkilat yanında akkreditə olunmuş ölkələrin
səfirləri, daimi nümayəndələri və
yerli incəsənət
nümayəndələri sərginin
açılış mərasimində
iştirak ediblər.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir
Elman Abdullayev tədbirdə çıxış
edərək, sərginin
iqlim dəyişikliyinə
qarşı mübarizədə
ölkəmizin sarsılmaz
öhdəliyinin təcəssümü
olduğunu bildirib. Qeyd edib ki,
Azərbaycanın uğurla
ev sahibliyi etdiyi COP29 və onun yekununda əldə olunmuş razılaşmalar beynəlxalq
iqlim diplomatiyasında
dönüş nöqtəsidir.
Prezident İlham
Əliyevin liderliyi ilə ölkəmizin qlobal iqlim dəyişikliyi
ilə mübarizədə
beynəlxalq həmrəyliyin
gücləndirilməsinə əhəmiyyətli töhfələr
verdiyini qeyd edən E.Abdullayev “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər
tutan Azərbaycanın
iqlim danışıqlarında
tarixi nəticələrə
imza atdığını
diqqətə çatdırıb.
UNESCO-nun rəhbər
nümayəndələri də
mərasimdə çıxış
edərək, mədəniyyətin
dayanıqlı inkişafda
oynadığı mühüm
rolu, habelə UNESCO-nun qlobal problemlərin
həlli üçün
mədəniyyətdən və
yaradıcılıqdan dinamik
qüvvə kimi istifadə etmək baxışını vurğulayıblar.
Həmçinin COP29-a uğurla
ev sahibliyi etdiyinə görə ölkəmizə təbriklər
ünvanlanıb, bu uğurun Azərbaycanın
iqlim məsələlərinə
verdiyi əhəmiyyətin
təzahürü olduğu
diqqətə çatdırılıb.
Sərgidə nümayiş
olunan əsərlər
Azərbaycanın zəngin
mədəni irsini və bənzərsiz təbiət gözəlliklərini
əks etdirir. Xəzər dənizinin rəngarəng mənzərələrindən
Qafqaz dağlarının
əzəmətinə qədər
müxtəlif motivləri
canlandıran əsərlər
yalnız təbiət
təsvirlərini təqdim
etməklə kifayətlənmir,
eyni zamanda, onun qorunması üçün çağırış
edir. Bu baxımdan, tədbir incəsənətin təbliği
ilə yanaşı, dayanıqlı gələcək
naminə qlobal həmrəyliyin vurğulanması
nöqteyi-nəzərdən böyük əhəmiyyət
daşıyır.
Açılış mərasimdən sonra qonaqlar sərgini ziyarət edib, əsərlərlə yaxından tanış olublar. “Dayanıqlı baxış: Daha yaşıl gələcək üçün incəsənət” sərgisi UNESCO-nun mənzil-qərargahında üç gün müddətində ziyarətçilərə açıq olacaq.
Azərbaycan.-2024.- 28 noyabr (№ 262).- S.7.