Qərbi
Azərbaycan İcması
bəyanat yayıb
AZƏRTAC bəyanatı təqdim edir: "Fransanın ARTE kanalında
“Azərbaycanlılar və
türklər iki qardaş xalqlardır və eyni vəhşilikləri
törətməyə qadirdirlər”
kimi Azərbaycana qarşı böhtan və iftiralarla dolu sənədli film yayımlanıb.
Son olaraq COP29 zamanı bir sıra Qərb mediasının Azərbaycana
qarşı çirkin
kampaniyasının şahidi
olmuşduq.Yalandan özünü müstəqil
media adlandıranlar, “söz azadlığı”ndan
dəm vuranlar azərbaycanofob, islamofob siyasi dairələrin əlində alətə çevrilib. Təəssüf
ki, bəzi Qərb mediası “xristian Ermənistan və müsəlman Azərbaycan” hekayəsini yaymaqda davam edir, cəmiyyətləri
məsələyə sırf
etnik və dini təəssübkeşlikdən
yanaşmağa kökləyir.
Qeyd edilən sənədli film XXI əsrdə irqçiliyin, Azərbaycana qarşı nifrətin Fransa cəmiyyətinin bütün sahələrinə yayılmasının daha bir nümunəsidir. Fransanın özünü diplomat adlandıran Ermənistandakı səfirinin zaman-zaman Azərbaycanı hədəf alan cılız, ölkəsini hörmətdən salan, Ermənistan cəmiyyətinin radikal hissəsini isə “cuşa gətirən” açıqlamaları isə irqçilikdən əlavə, həm də rəsmi Parisin siyasi isteblişmentində gedən güclü deqradasiyanı göstərir".
Azərbaycan.-2024.- 28 noyabr (¹ 262).- S.10.