"Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət tədbirlərin Təqvim planı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

 

Qərar № 49/239

 

 

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ölkə üzrə növbəti bələdiyyə seçkilərinin 2025-ci il yanvarın 29-na təyin edilməsi haqqında qərar qəbul etmişdir.

Seçkilərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının seçki qanunvericiliyində nəzərdə tutulmuş əsas hərəkət tədbirlərin müəyyən edilmiş qaydada müddətdə seçki subyektləri tərəfindən ardıcıl keyfiyyətlə icra olunması, onlara metodiki yardım göstərilməsi seçki prosesindəki fəaliyyətlərinin səmərəliliyinin artırılması məqsədilə əsas hərəkət tədbirlərin yerinə yetirilmə ardıcıllığını, müddətlərini subyektlərin əhatə dairəsini müəyyən edən Təqvim planının təsdiq edilməsi zəruridir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.3-cü, 28.2-ci 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət tədbirlərin Təqvim planı" təsdiq edilsin.

2. Təqvim planı dərc edilsin.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr  Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

27.11.2024

Azərbaycan.-2024.- 28 noyabr (№ 262).- S.10.