2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması rəhbərinin təyin edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar № 49/241

 

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra - Mərkəzi Seçki Komissiyası) 2024-cü il

27 noyabr tarixli 49/238 saylı Qərarı ilə Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilmişdir.

Bələdiyyə seçkilərində namizədliyin qeydə alınması üçün imza vərəqələri onlara əlavə edilmiş digər seçki sənədləri müvafiq dairə seçki komissiyalarına təqdim edilməli, qanunvericiliklə müəyyən olunmuş qaydada müddətdə araşdırma aparıldıqdan sonra seçki komissiyalarının nəzdində fəaliyyət göstərən İşçi qrupunun rəyi nəzərə alınmaqla namizədliyin qeydə alınıb-alınmaması məsələsi həll olunmalıdır.

Namizədliyin qeydə alınması məsələsinə Mərkəzi Seçki Komissiyasında baxılmasına zərurət yarandığı halda imza vərəqələrindəki imzaların digər məlumatların düzgünlüyünün yenidən yoxlanılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində mütəxəssislərdən ibarət tərkibdə İşçi qrupunun yaradılması zəruridir.

Bu məqsədlə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Hesablama Palatasının mütəxəssisləri sırasından ekspertlər daxil edilməklə müvafiq İşçi qrupu yaradılmalı, Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvlərindən biri həmin qrupa rəhbər təyin edilməlidir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü 59.2-ci maddələrinə uyğun olaraq qərara alır: 

1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində namizədin qeydə alınması üçün təqdim edilən imza vərəqələrində olan imzaların digər məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Hesablama Palatasının mütəxəssisləri sırasından ekspertlərdən ibarət İşçi qrupu yaradılsın.

2. Mərkəzi Seçki Komissiyasının üzvü Etibar Quliyev İşçi qrupunun rəhbəri təyin edilsin.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr  Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

27.11.2024

Azərbaycan.-2024.- 28 noyabr (№ 262).- S.10.