Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin 2025-ci il yanvarın 29-na təyin edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

 

Qərar № 49/238

 

 

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 210.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər.

Seçki Məcəlləsinin 211.1-ci 211.2-ci maddələrinə əsasən bələdiyyələrin səlahiyyət müddəti 5 ildir, bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır.

Seçki Məcəlləsinin 213.1-ci maddəsinə görə bələdiyyə seçkilərini Seçki Məcəlləsinin 211.1-ci 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir.

Beləliklə, Mərkəzi Seçki Komissiyası ölkə üzrə bələdiyyələrin tam siyahısı dərc edilməklə növbəti bələdiyyə seçkilərinin 2025-ci il yanvarın 29-na təyin edilməsini məqsədəmüvafiq hesab edir.

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 142-ci Seçki Məcəlləsinin 8-ci, 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 210-cu, 211-ci 213-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilsin.

2. Ölkə üzrə bələdiyyələrin tam siyahısı dərc edilsin (əlavə olunur).

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr  Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

 

27.11.2024

Azərbaycan.-2024.- 28 noyabr (№ 262).- S.10.