2025-ci il
yanvarın 29-na təyin
edilmiş bələdiyyə
seçkilərində vətəndaşların
seçki hüququnu pozan hərəkətlərdən
(hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin
araşdırılması məqsədilə
Mərkəzi Seçki
Komissiyasının nəzdində
ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının qərarı
Qərar ¹ 49/240
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının (bundan
sonra - Mərkəzi Seçki Komissiyası)
2024-cü il 27 noyabr tarixli 49/238 saylı Qərarı ilə Azərbaycan Respublikasında
növbəti bələdiyyə
seçkiləri 2025-ci il
yanvarın 29-na təyin
edilmişdir.
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin
(bundan sonra - Seçki Məcəlləsi) 112-1.1-ci maddəsinə görə
vətəndaşların seçki
hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən)
və qərarlardan verilən şikayətlərin
araşdırılması məqsədilə
Mərkəzi Seçki
Komissiyasının nəzdində
9 nəfərdən, dairə
seçki komissiyasının
nəzdində isə
3 nəfərdən ibarət
müvafiq ekspert qrupları yaradılır.
Bələdiyyə seçkilərində
vətəndaşların seçki
hüququnun pozulması
ilə əlaqədar
seçki komissiyalarına
daxil olmuş şikayət və müraciətlərin araşdırılmasının
təmin edilməsi məqsədilə Mərkəzi
Seçki Komissiyasının,
həmçinin seçki
dairələri dairə
seçki komissiyalarının
nəzdində Seçki
Məcəlləsində nəzərdə
tutulmuş qaydada ekspert qrupları yaradılmalıdır.
Mərkəzi Seçki
Komissiyası Seçki
Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü, 112-ci və
112-1.1-ci maddələrinə uyğun olaraq qərara alır:
1. 2025-ci il yanvarın
29-na təyin edilmiş
bələdiyyə seçkilərində
vətəndaşların seçki
hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən)
və qərarlardan verilmiş şikayətlərin
araşdırılması məqsədilə
Mərkəzi Seçki
Komissiyasının nəzdində
aşağıdakı tərkibdə
ekspert qrupu yaradılsın:
- Ramiz İbrahimov - Mərkəzi
Seçki Komissiyasının
üzvü;
- Fuad Cavadov - Mərkəzi
Seçki Komissiyasının
üzvü;
- Qabil Orucov - Mərkəzi
Seçki Komissiyasının
üzvü;
- Bəxşeyiş Əsgərov - Mərkəzi
Seçki Komissiyasının
üzvü;
- Tofiq Həsənov
- Mərkəzi
Seçki Komissiyasının
üzvü;
- İlkin Şahbazov
- Mərkəzi
Seçki Komissiyasının
üzvü;
- Nailə Əsgərova
- Mərkəzi
Seçki Komissiyasının
üzvü;
- İlqar Əlizadə
- Mərkəzi
Seçki Komissiyası
Katibliyinin müdiri;
- Rafiq Abbasov - Mərkəzi
Seçki Komissiyası
Katibliyi Hüquq şöbəsinin müdiri.
2. Dairə seçki
komissiyalarının nəzdində
Seçki Məcəlləsinə
uyğun olaraq 3 nəfərdən ibarət
tərkibdə ekspert qrupunun yaradılması seçki dairələrinin
dairə seçki komissiyalarına həvalə
edilsin.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
27.11.2024
Azərbaycan.-2024.-
28 noyabr (¹ 262).- S.10.