Azərbaycanın
iqlim diplomatiyasındakı
tarixi nailiyyətləri
Azərbaycanın dünyanın
ən böyük və mühüm dövlətlərarası tədbirlərindən
biri olan COP29-a evsahibliyi etməsi Prezident İlham Əliyevin uğurlu siyasətinin növbəti
parlaq qələbəsidir.
Bu böyük miqyaslı, beynəlxalq əhəmiyyətli tədbirin
ölkəmizin paytaxtında
keçirilməsi BMT Təhlükəsizlik
Şurasına üzvlüyümüzdən
və Qoşulmama Hərəkatına sədrliyimizdən
sonra xarici siyasətimizin ən böyük nailiyyətlərindəndir.
Noyabrın 11-22-də paytaxt Bakıda keçirilən COP29 öz
fəaliyyətini böyük
uğurla başa çatdırdı. Azərbaycanın
evsahibliyi etdiyi COP29 - İqlim Dəyişmələri
üzrə Birləşmiş
Millətlər Konfransı
iqlim diplomatiyasında
əlamətdar bir dönüş nöqtəsi
kimi tarixə düşdü. "Yaşıl
dünya naminə həmrəylik" şüarı
altında keçirilən
bu tədbir həm təşkilatçılıq,
həm də əldə olunan nəticələr baxımından
beynəlxalq ictimaiyyət
tərəfindən yüksək
qiymətləndirildi. Azərbaycan
qısa müddətdə
yüksəksəviyyəli hazırlıqlar həyata
keçirərək COP29-u tarixdə ən möhtəşəm iqlim
konfranslarından biri kimi yaddaşlara həkk etdi.
Tədbirə 80 dövlət
və hökumət başçısı, həmçinin
76 mindən çox iştirakçının qatılması,
təşkilatçılığın dünya liderləri və iştirakçılar
tərəfindən yüksək
qiymətləndirilməsi ölkəmizdə
keçirilən BMT-nin
İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının
yüksək uğurla
nəticələndiyini aydın
şəkildə nümayiş
etdirdi. Qonaqlar Azərbaycanın qərəzsiz
və inklüziv mövqeyini, həmçinin
inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında
körpü rolunu oynamasını da yüksək qiymətləndirdilər.
Ölkəmizə qarşı
aparılan qərəzli
qarayaxma kampaniyasına
baxmayaraq, Azərbaycan
"Yaşıl dünya
naminə həmrəylik"
şüarını rəhbər
tutaraq, bu böyük əhəmiyyətli
tədbirin öhdəsindən
məharətlə gəldi.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək: "COP29 iqlim diplomatiyasında dönüş
nöqtəsidir. Bakı
COP29 çoxtərəfliliyin təntənəsi kimi yadda qalacaq və
gələcək iqlim
fəaliyyətinə müsbət
təsir göstərəcək".
BMT-nin İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasında bir
çox əhəmiyyətli
qərar qəbul edildi. Bunlardan biri də inkişaf
etməkdə olan ölkələr üçün
ümid yaradan və hər il bu dövlətlərin
iqlim maliyyəsinin təmin edilməsi məqsədilə elan edilən Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşması oldu. Bakı Maliyyə Məqsədi çərçivəsində
2035-ci ilə qədər
inkişaf etməkdə
olan ölkələrə
hər il 1,3 trilyon ABŞ dolları məbləğində iqlim
maliyyəsi təmin edilməsi nəzərdə
tutulur. Bu məbləğ əvvəlki
100 milyard dollarlıq məqsədi dəfələrlə
artıraraq, iqlim dəyişikliyi ilə mübarizədə yeni maliyyə yanaşmasının
əsasını qoydu.
Bu razılaşma
COP29 sədrliyi tərəfindən
aparılan 48 saatlıq
intensiv diplomatik fəaliyyətin nəticəsidir.
Bakı Maliyyə Məqsədi xüsusilə
az inkişaf etmiş ölkələr
və kiçik ada dövlətləri üçün böyük
əhəmiyyət kəsb
edir, çünki bu dövlətlər iqlim dəyişikliklərinin
təsirlərindən daha
çox əziyyət
çəkirlər. Bu
sənəddə eyni
zamanda əlçatanlıq
və şəffaflıq
haqqında müddəalar
da əksini tapıb.
COP29-da uzun müddətdir
gözlənilən karbon
bazarlarına dair danışıqlar yekunlaşdırıldı.
6-cı maddənin tam
sakildə işlək
vəziyyətə gətirilməsi
karbon bazarlarından illik 1 trilyon dollara yaxın maliyyə axınını
mümkün edəcək.
Bu mexanizm həmçinin milli iqlim planlarının həyata keçirilməsi
xərclərini əhəmiyyətli
dərəcədə azalda
bilər.
Bakıda ilk dəfə olaraq İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi
və fondun 2025-ci ilə qədər maliyyə vəsaitlərini
paylaşdırmağa hazır
olması təmin edildi. Bu fond
iqlim dəyişikliyindən
ən çox zərər çəkən
icmalara və ölkələrə dəstək
göstərməyi hədəfləyir.
Azərbaycan iqlim
danışıqlarında bitərəf vasitəçi
rolunda çıxış
edərək inkişaf
etməkdə olan ölkələrin, xüsusilə
kiçik ada dövlətlərinin və
az inkişaf etmiş ölkələrin
maraqlarını müdafiə
etdi. Azərbaycanın
səyləri qlobal ədalətli iqlim siyasətinin qurulmasında
mühüm rol oynadı.
COP29 zamanı bir
sıra yeni təşəbbüslər təqdim
edildi. İqlim Maliyyəsi, İnvestisiya və Ticarat üzrə Bakı Təşəbbüsü (BICFIT) iqlim gündəliyində
maliyyə və investisiyaların əhəmiyyətini
ön planda saxlayaraq, "yaşıl
keçid"i dəstəkləmək
üçün beynəlxalq
qurumları bir araya gətirdi, kiçik və orta sahibkarlığın
"yaşıl keçid"i
üzrə yeni Bakı İqlim Koalisiyasını elan etdi.
COP29 sədrliyinin elan
etdiyi enerji saxlama, şəbəkələr,
zonalar, dəhlizlər,
hidrogen mövzularındakı
bəyanatları 150 tərəf
təsdiq etdi.
Rəqəmsal texnologiyaların
iqlim fəaliyyətinə
inteqrasiyası ilə
emissiyaların azaldılması
məqsədi daşıyan
"COP29 Yaşıl Rəqəmsal
Fəaliyyət Bəyanatı"
75-dən çox hökumət
və rəqəmsal texnologiya sənayesinin
1100-dən çox üzvü
tərəfindən təsdiqləndi.
8 BMT agentliyi, 3 çoxtərəfli
inkişaf bankı və 3 iqlim fondu arasında birgə bəyanat qəbul edildi. Bu bəyanat çərçivəsində İqlim Davamlılığı
üçün İnsan
İnkişafı üzrə
Bakı Rəhbər Prinsipləri qəbul edildi va Bakı
COP Sədrliklərinin İqlim
və Səhiyyə üzrə Davamlılıq
Koalisiyasi yaradıldı.
Beş COP sədrliyi
(COP26-dan COP30-a qədər) və ÜST Baş direktoru iqlim gündəliyinə sağlamlığı
daxil edərək gələcək COP konfranslarında
əsas element kimi sağlamlığı
təbliğ etdi.
Qlobal Metan Vadinin həyata keçirilməsinə töhfə
verəcək "Üzvi
Tullantılardan Metanın
Azaldılmasına dair
Bəyannamə" dünyanın
üzvi tullantılarla
əlaqəli metan emissiyalarının 51 faizini
təşkil edən
50-dən çox ölkə,
o cümlədən ən
böyük 10 üzvi
tullantı metan emissiyasına malik ölkələrdən 8-i tərəfindən
təsdiqləndi.
Kənd təsərrüfatı
və qida sektorunda iqlim dəyişikliklərinə qarşı
dayanıqlığı artırmağa
yönəlmiş "Fermerlar
üçün Bakı
Harmoniya Təşəbbüsü"
dəstək proqramı
yaradıldı.
"COP29 Davamlı və
Sağlam Şəhərlər
üçün Çoxsahəli
Fəaliyyət Yolları
Bəyannaməsi" şəhər
iqlim maliyyələşdirilməsi
sahəsində tərəfdaşlıq
və əməkdaşlıq
üçün BMT agentliklərini
və hökumətlərarası
təşkilatları, çoxtərəfli
inkişaf banklarını
(MDB-ləri), MCF-ləri,
xeyriyyə təşkilatlarını
və ikitərəfli
donorları, o cümlədən
şəhər ərazilərində
iqlim fəaliyyəti və planlaması ilə bağlı coxtərəfli yanaşma
hazırlamaq niyyətində
olan 40-dan çox tərəf və 160-dan çox ölkəni bir araya gətirir.
Bununla yanaşı,
COP, UNFCCC və BMT-nin
HabItat şəhər
prosesləri arasında
Şəhər, Çoxsahəli
və Çoxsəviyyəli
İqlim Fəaliyyəti
üzrə Bakı Davamlılıq Koalisiyası
yaradıldı.
Turizm sektorunda davamlı inkişaf və emissiyaların azaldilması məqsədilə
"Turizm üzrə
Bakı Bəyannaməsi"
təsdiq edildi.
İqlim dəyişikliyinin
su hövzələri
və su ilə bağlı ekosistemlərə təsirinə
qarşı mübarizə
üçün inteqrasiya
olunmuş yanaşmanı
təqdim edən
"İqlim Fəaliyyəti
naminə COP29 Bəyannaməsi"
imzalandı və bu bəyanatı 50 ölkə dəstəklədi.
COP29 çərçivəsində imzalanan
bu bəyanat milli iqlim siyasətləri,
o cümlədən NDC-lər
və NAP-lar çərçivəsində su ilə əlaqəli
mitiqasiya və adaptasiya tədbirlərinin
inteqrasiyasını təşviq
edir.
Geosiyasi parçalanmaların
artdığı bir dövrdə Azərbaycan bütün tərəfləri
bir araya gətirərək inklüziv
və balanslı qərarlar qəbul edilməsinə nail oldu. Azərbaycan sədrliyi xüsusilə inkişaf etməkdə olan ölkələr və ekoloji problemlərlə üzləşən
regionlar üçün
ədalətli həll
yolları təqdim etdi.
COP29 iqlim diplomatiyasında
Azərbaycanın tarixi
uğuru olmaqla yanaşı, qlobal iqlim fəaliyyətinə
mühüm töhfələr
verdi. Bakıda qəbul edilən qərarlar, xüsusilə
Bakı Maliyyə Məqsədi və
6-cı maddə üzrə
razılaşmalar, qlobal
iqlim maliyyələşdirilməsi
arxitekturasını həmişəlik
dəyişdirəcək. Azərbaycan,
iqlim sahəsində lider ölkə kimi gələcək COP konfransları üçün
də örnək rolunu oynayacaq.
Ziyafət ƏSGƏROV,
Milli Məclisin
Sədr müavini
Azərbaycan.-2024.-
29 noyabr (№ 263).- S.4.