"Kredit
büroları haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu və 27-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
"Kredit büroları
haqqında" Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, № 12, maddə 1997 (Cild
I); 2024, № 5 (I kitab), maddə
489) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.0.7-ci maddədə "Elektron hökumət" portalı" sözləri
"Elektron Hökumət
İnformasiya Sistemi (bundan sonra - EHİS)" sözləri ilə əvəz edilsin.
2. 12.4.1-ci və 14.0.1-ci maddələrdə "12.2.5-ci maddəsində" sözləri
"12.2.4-cü və 12.2.5-ci maddələrində" sözləri
ilə əvəz edilsin.
3. 12.5-ci maddə üzrə:
3.1. birinci cümlədə
"12.2.5-ci maddəsi" sözləri "12.2.4-cü və
12.2.5-ci maddələri" sözləri ilə əvəz edilsin;
3.2. ikinci cümlədə
"Elektron hökumət"
portalında" sözləri
"EHİS-də" sözləri
ilə əvəz edilsin.
4. 14.0.3-cü maddəyə "almaq" sözündən
sonra ", habelə kredit bürosunun müəyyən etdiyi qaydada barəsində kredit bürosuna daxil olmuş neqativ məlumat haqqında kredit bürosundan ödənişsiz
bildiriş (neqativ məlumatı verən məlumat təchizatçısı
göstərilməklə) almaq" sözləri əlavə edilsin.
5. 17.5-ci maddənin birinci
və ikinci cümlələrində, 22.5-ci maddədə "Elektron hökumət" portalında"
sözləri "EHİS-də"
sözləri ilə əvəz edilsin.
6. 19.0.3-cü maddədə "Elektron hökumət" portalından" sözləri
"EHİS-dən" sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
7 noyabr 2024-cü il
Azərbaycan.-2024.-
29 noyabr (№ 263).- S.3.