Qayıdış
hüququ mövzusunda
keçiriləcək ikinci
beynəlxalq konfransla bağlı mətbuat konfransı təşkil olunub
Qərbi Azərbaycan
İcmasında dekabrın
5-6-da “Qayıdış hüququ
– Ermənistandan zorla çıxarılan azərbaycanlılar
üçün ədalətin
təşviqi” mövzusunda
keçiriləcək ikinci
beynəlxalq konfransla bağlı noyabrın
28-də mətbuat konfransı
təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə
müzakirə olunacaq
mövzular barədə
medianın suallarının
cavablandırılması məqsədilə
keçirilən mətbuat
konfransında əvvəlcə
Qərbi Azərbaycan İcmasının İdarə
Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış
edib. O, İcmanın fəaliyyət prinsiplərindən
danışaraq bildirib
ki, konfransın təşkili Qərbi Azərbaycana qayıdış
məsələsinin dünya
ictimaiyyətinin diqqətinə
çatdırılması baxımından böyük
əhəmiyyət daşıyır.
İki yüz il boyunca müxtəlif
vaxtlarda soydaşlarımızın
etnik təmizləmələrə,
soyqırımlara, deportasiyalara
məruz qaldıqlarını
xatırladan İcma sədri deyib ki, son deportasiya
1987-1991-ci illərdə həyata
keçirilib. Min illər boyu Qərbi Azərbaycanda məskunlaşan soydaşlarımız
ata-baba yurdlarından qovulublar. “Çox sevinirik ki, Qarabağ
Zəfərindən sonra
tarixi torpaqlarımız
uğrunda mübarizə
aparmaq məsələsi
ön plana çıxarıldı. İlk
dəfə olaraq Qərbi Azərbaycan məsələsini beynəlxalq
aləmə çıxara
bildik. Prezident İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan məsələsinin hüquqi
aspektlərini beynəlxalq
müstəvidə müzakirə
etmək üçün
dekabrın 5-6-da qayıdış
hüququ mövzusunda
ikinci dəfə konfrans keçiriləcək”,
– deyə o əlavə
edib.
Konfransa 51-dən artıq
dövlətdən 100-dən çox nümayəndənin
qatılacağını söyləyən
Ə.Ələkbərli bildirib
ki, tədbir çərçivəsində beş panel təşkil olunacaq və hər paneldə beş məruzə dinləniləcək.
Qərbi Azərbaycana
qayıdış konsepsiyasının
beynəlxalq müstəvidə
müzakirəsi mübarizəmizin
yeni mərhələsini
təşkil edəcək”.
Qərbi Azərbaycan
İcmasının üzvü,
Milli Məclisin deputatı Qaya Məmmədov çıxışında
diqqətə çatdırıb
ki, müxtəlif ölkələrin deputatlarının,
siyasi xadimlərinin, alimlərinin, tarixçilərinin
qatılacaqlar bu konfransın təşkili
Azərbaycanı qayıdış
hüququ mövzusunda
beynəlxalq miqyasda tanınmış mərkəzlərdən
birinə çevirir.
O deyib ki, İcma bu tədbirləri
keçirməklə qayıdış
hüququ mövzusunu beynəlxalq miqyasda təbliğ edir. “Dünyada qaçqın və köçkünlərin
sayı getdikcə artır. Bu problem köklü şəkildə həll edilməlidir. Onların öz torpaqlarına təhlükəsiz şəkildə
qayıtmaları təmin
olunmalıdır. İcmanın
bu mövzuda konfrans keçirməsi bir növ dünyaya
çağırışdır”, - deyə Qaya Məmmədov vurğulayıb.
Sonra jurnalistlərin
suallarını cavablandıran
İcma sədri qeyd edib ki,
Qərbi Azərbaycanda
mövcud olmuş 600 qəbiristanlıqda aparılan
monitorinqlər nəticəsində
məlum olub ki, onlardan cəmi
ikisi qalıb, 450-nin heç bir izi yoxdur. Eyni
zamanda, 150-yə yaxın
qəbiristanlığın, sadəcə, dağıntıları
qalıb və onları bərpa etmək demək olar mümkünsüzdür.
Əziz Ələkbərli
deyib ki, bu istiqamətdə işlər davam edir. Hazırda məscid və türbələrdə monitorinqlər
aparılır.
Qeyd edək ki, Qərbi azərbaycanlıların başlarına gələnlər və onların qayıdış hüququ üzərində fokuslanan tədbirə 51 ölkədən 100-dən artıq xarici iştirakçının qatılacağı gözlənilir. Tədbirdə Qərbi azərbaycanlıların Ermənistandan zorla çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsinin bərpası və bu sahədə diplomatik səylər müzakirə ediləcək. Dekabrın 6-da isə tədbirin zəngin proqrama malik mədəni hissəsi baş tutacaq. Xatırladaq ki, 5 dekabr Qərbi azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Həmin günlə bağlı ötən il də analoji beynəlxalq konfrans keçirilib. “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusunda olan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə iştirak edib.
Azərbaycan.-2024.-
29 noyabr (¹ 263).- S.3.