Yüzdən
çox ölkədən
500 xarici QHT COP29-da “Baku
dönüşü” ilə
əlaqədar birgə
bəyanat yayıb
Noyabrın 28-də COP29 QHT Koalisiyası “Baku dönüşü” ilə əlaqədar bəyanat yayıb.
AZƏRTAC Bəyanatı təqdim edir: “100-dən çox ölkədən
500-ə yaxın vətəndaş
cəmiyyəti təsisatını
özündə birləşdirən
COP29 QHT Koalisiyası COP29-un yüksək səviyyədə
təşkilinə görə
Azərbaycan dövlətini
təbrik edir, Azərbaycanın COP29 Sədrliyi
ilə yeni iqlim maliyyəsinin müəyyənləşdirilməsi, Paris Sazişinin 6-cı maddəsinin
işə salınması,
İtki və Zərər Fondunun fəaliyyətə başlaması
kimi vacib əhəmiyyət daşıyan
qərarların qəbul
olunmasını mühüm
irəliləyiş hesab
edir.
COP29 QHT Koalisiyası üzvlərinin 84 faizi ən az inkişaf
etmiş və inkişaf etməkdə olan ölkələrin vətəndaş cəmiyyətini
təmsil edir. Təbii ki, yeni iqlim maliyyəsi
ilə bağlı sənəddə əksini
tapmış məbləğin
daha yüksək olmasını istəyərdik.
Lakin biz müxtəlif rəyləri
olan 198 tərəfin iştirakı ilə verilən bu ümumi qərarın hansı çətinliklər
və gərgin müzakirələr hesabına
ərsəyə gəldiyini
dərk edirik. Hesab edirik ki,
bu razılığın
əldə olunması
kollektiv səylərin
nəticəsidir və
Bakı üçün
tarixi bir andır. Əminik ki, sənəddə maliyyə artımı ilə bağlı yer alan çağırış
COP prosesində gələcək
danışıqların mühüm
istinad nöqtəsi olacaq.
Biz post-COP29 dövründə
də iqlim fəaliyyətinin gücləndirilməsi
istiqamətində fəal
iş aparacaq, COP29 mirasından bəhrələnəcək,
bu istiqamətdə strateji xətti davam etdirmək üçün səylərimizi
əsirgəməyəcəyik”.
Xatırladaq ki,
COP29 QHT Koalisiyası bu
ilin yayında Azərbaycan Milli QHT Forumunun təşəbbüsü
ilə yaradılıb.
COP29 dövründə Koalisiyaya
qoşulanların sayı
xeyli artıb, onların bir hissəsi COP-da xüsusi müşahidəçiliyi
olan təşkilatlardır.
Azərbaycan COP29-da iştirak
imkanı olan və bu imkana
malik olmayan Qlobal Cənub regionu üzrə QHT-lər üçün bu Koalisiya vasitəsilə
inklüziv mühit formalaşdırıb. COP29 QHT Koalisiyası
müntəzəm əsasda
hibrid görüşlər
keçirir. Bəyanatdan
da aydın görünür ki, Koalisiya post-COP29 dövründə
də fəal olacaq.
Ümumiyyətlə, son vaxtlar Azərbaycan
QHT-lərinin təşəbbüslərinə
xarici QHT-lər tərəfindən güclü
dəstəyin verilməsi
müşahidə edilir.
2024-cü il noyabrın
15-də COP29 çərçivəsində
Azərbaycan Milli QHT Forumunun təşəbbüsü
ilə Qoşulmama Hərəkatı ölkələrinin
QHT-lərinin Cənub-Cənub
əməkdaşlığı üzrə beynəlxalq konfransı keçirilib. Beynəlxalq konfransın yekununda Qoşulmama Hərəkatı ölkələrini
təmsil edən QHT-lər Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafında
QHT-lərin roluna dair birgə bəyanat mətnini razılaşdırıb. COP29-da təmsil olunan vətəndaş cəmiyyəti
üzvlərinə açıq
olan bəyanata 137 ölkədən 1023 QHT təmsilçisi,
ictimai fəal imza atıb. Qeyd edək ki, dünya ölkələrinin 71 faizini
əhatə edən regionlardan vətəndaş
cəmiyyəti təsisatlarının
Azərbaycan QHT-lərinin
təşəbbüsünə dəstək ifadə etməsi ölkənin QHT
tarixində ilk dəfə baş verib.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, Azərbaycan dövlətinin apardığı siyasət Qlobal Cənubda böyük rəğbət və hörmətlə qarşılanır, ölkəmiz getdikcə Qlobal Cənubun güclü səsinə çevrilir. Hesab edirik ki, Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtı çatıb.
Azərbaycan.-2024.- 29 noyabr (¹ 263).- S.3.