“Fitch Ratings”: Qarabağa davamlı investisiyalar Azərbaycanda daxili tələbi dəstəkləyəcək
Azərbaycan bərpaolunan
enerji sektoruna əhəmiyyətli investor
marağını cəlb
edə bilib.
Bunu AZƏRTAC-a eksklüziv
müsahibəsi zamanı
“Fitch Ratings”in suveren reytinqlər qrupunun inkişaf etməkdə olan Avropa ölkələrinin
rəhbəri və baş direktor Erik Arispe (Erich
Arispe) bildirib.
Baş direktorla
olan müsahibəni təqdim edirik:
- Cənab Arispe,
Azərbaycanın hazırkı
makroiqtisadi vəziyyətini
necə qiymətləndirərdiniz?
- İyulda “Fitch Ratings” Azərbaycanın reytinqini
stabil proqnozla “BBB-” səviyyəsinə yüksəldib.
Bu, dövlətin güclü xarici balansını əks etdirir. Həmin göstərici 2010-cu ildə
Azərbaycanın ilk dəfə investisiya səviyyəsinə yüksəldiyi
dövrlə müqayisədə
daha güclüdür.
Biz həmçinin qeyd etdik ki,
əvvəlki yüksək
neft qiymətləri dövrü və xarici valyuta risklərinə uyğun ehtiyatlı fiskal siyasət makroiqtisadi sabitliyin pozulmasının
qarşısını almaq,
dəyişkən neft
qiymətinə nəzarət
etmək üçün
adekvat bufer siyasətinə kömək
edəcək.
- Son illər ölkədə iqtisadi artımın əsas təkanverici qüvvələri
hansı iqtisadi faktor və sektorlar olub?
- Artım iqtisadiyyatın
qeyri-neft sektoru olan, xüsusilə 2022-ci ildə daha çox nəzərə çarpan nəqliyyatın,
kənd təsərrüfatının,
tikinti sektorunun, xüsusən də Qarabağın yenidən qurulması və inkişafı ilə bağlı aparılan işlərin - hesabına
baş verib. Qarabağa davamlı investisiyalar Azərbaycanda daxili tələbi dəstəkləyəcək.
- Ölkənin yeni
iqtisadi modelinin əsasını nə təşkil edəcək?
- Hökumət turizm,
kənd təsərrüfatı,
İKT, logistika və
nəqliyyat kimi sektorları dəstəkləyir.
Son iki sektor
Qazaxıstan-Qafqaz vasitəsilə
Çin və Avropanı birləşdirən
Orta Dəhlizinin inkişafından faydalanmaq
cəhdləri ilə
bağlıdır. Hökumət
ixracyönümlü investisiyaların
cəlb edilməsi üçün Ələt
Azad İqtisadi Zonasını da yaradıb.
- Ölkədə qeyri-enerji
sahələrinin potensialı
hansı səviyyədədir?
- Bərpaolunan enerji
mənbələrinin (külək
və günəş)
əhəmiyyətli potensialının
istifadəyə veriləcəyi
gözlənilir. Bu, bərpaolunan enerjinin quraşdırılmış gücdə
payını 2023-cü ildəki
21 faizdən 2027-ci ildə
33 faizə çatdıracaq
və bununla da təbii qaz
hasilatının daxili
istehlakını azaldacaq.
- COP29 iqlim dəyişikliyi
ilə mübarizə
üçün növbəti
addımların müəyyən
edilməsində mühüm
rol oynayacaq. Azərbaycan qlobal yaşıl gündəliyin
həyata keçirilməsinə
hansı töhfəni
verə bilər və bu baxımdan
Azərbaycanda yaşıl
enerjinin inkişafı
istiqamətində həyata
keçirilən tədbirləri
necə qiymətləndirirsiniz?
- Azərbaycan həm quruda, həm də dənizdə layihələr üçün bərpaolunan enerji sektoruna əhəmiyyətli investor marağını cəlb edə bilib. “Masdar”ın Qaradağda Günəş Elektrik Stansiyası (regionda ən böyük) 2023-cü ilin oktyabrında fəaliyyətə başlayıb və şirkət həmçinin əlavə günəş və külək istehsalı üçün investisiya müqavilələri imzalayıb. Ölkə həmçinin elektrik enerjisi istehsalının enerji səmərəliliyini artırmağa çalışır.
Azərbaycan.-2024.- 29 noyabr (¹ 263).- S.3.