COP29 Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı

 

 

Bakının evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla başa çatması bəşəriyyətə onu da göstərdi ki, Azərbaycan son illər dünya birliyində daha əzəmətli, daha möhtəşəm qlobal işlərə imza atır. COP29 iştirakçılarında belə yüksək fikir yaradan ilk əvvəl dörd il öncə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi uzaqgörənliyi qətiyyəti, habelə Milli Ordumuzun şücaəti hesabına İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər qələbəsidir.

Bu Qələbənin əks-sədası bütün dünyaya anlatdı ki, beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, Azərbaycan özünü təmin edən iqtisadiyyata müstəqil siyasətə malik güclü ölkədir öz sözünü deməyi bacarır.

Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində çıxışı zamanı "Azərbaycan dövləti dörd il əvvəl 44 günlük Vətən müharibəsində bir il öncə birgünlük antiterror əməliyyatında tam müstəqilliyini, suverenliyini bərpa etməklə,  təkcə öz adımızı yox,  BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə haqq qazandırdı" fikri, qətiyyət qürur hissi ilə "Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik Ermənistanın işğalına son qoyduq..." deməsi dünyanın tərəqqipərvər insanlarında, xaricdə yaşayan soydaşlarımızda qürur hissi doğurdu, sayılıb-seçilən dövlət başçılarının, siyasi qurumların gözündə Azərbaycanı sözü imzası qədər qanuni dəyərli olan ölkə kimi tanıtdı.

Gərgin müzakirələr, tarixi qərarların qəbulu ilə yadda qalan COP29-a evsahibliyi ilə Azərbaycan bir daha sübut etdi ki, ölkəmiz qlobal əhəmiyyətə malik məsələlərin müzakirəsi üçün ideal platformadır. Liderlər, diplomatlar iqlim mütəxəssisləri saatlarla davam edən danışıqlarda ədalətli davamlı razılaşma əldə etmək üçün müzakirələr apardılar. Sammitdə əsas hədəflərdən biri yoxsul ölkələrə iqlim maliyyəsinin ayrılması idi. Gərgin keçən bu prosesin sonunda qəbul edilən razılaşma iqlim dəyişikliyi ilə mübarizədə tarixi addım kimi qiymətləndirildi.

COP29-un son günü - noyabrın 24-ü səhərədək davam edən Bakı sammiti yalnız möhtəşəm təşkilati səviyyəsi ilə deyil, həm Azərbaycanın enerji keçidi davamlı inkişaf sahəsində liderlik etməyə hazır olduğunu göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə beynəlxalq səviyyədə təriflər qazandı, qlobal əməkdaşlığın mərkəzinə çevrildi bu da Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırdı.

Bakı Dövlət Universitetinin türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov müxbirimizə demişdir ki, Azərbaycanın bu sessiyanı ən yüksək səviyyədə təşkil etməsi keçirməsi ölkəmizin qlobal iqlim siyasətində fəal rolunu, nüfuzlu mövqeyini nümayiş etdirdi. Bütün dünya gördü əmin oldu ki, Azərbaycan iqlim savaşı ilə bağlı beynəlxalq əməkdaşlığın önəmli iştirakçısı olmaqla yanaşı, həm geniş həmrəylik ciddi səfərbərlik yaratmağa qadirdir. Azərbaycan bu gün iqlim dəyişmələrinin qarşısını almaq üçün müasir texnologiyalardan istifadəyə, yenilənə bilən enerji mənbələrinin inkişafına ekoloji cəhətdən dayanıqlı inkişaf strategiyalarının tətbiqinə asanlıqla nail ola bilən, önəmli təcrübələr ortaya qoyan, səmərəli çağırışları gerçəkləşdirən bir ölkədir: "Hər kəsə məlum olduğu kimi, tədbirin əsas məqsədi dünyada havanın temperaturunun azaldılmasında çox ciddi dəyişikliklərin əldə edilməsi idi. Əlbəttə, Azərbaycan bu məsələdə daim dəstək verməkdə maraqlı idi. Düşmən dövlətlərin bu sammitə qatılmaması isə Azərbaycan üçün bir o qədər önəm daşımadı. Təəssüf hissi ilə qeyd edək ki, özlərini siyasətçi adlandıran bəzi şəxslər bu konfransda iştirak etməkdən qaçdılar. Əlbəttə, bu, bizə maraqlı deyildi. Bizim marağımız BMT-nin ən yüksək səviyyəli tədbirinin məhz Azərbaycanda baş tutması idi.

Bəziləri Azərbaycanın buna nail ola biləcəyinə şübhə ilə yanaşsalar da, nəyə qadir olduğumuzu biz bir daha sübut etdik. Bu düşüncələrdə olan hər kəs yanıldı bir daha başa düşdülər ki, Azərbaycan təkcə evsahibliyi ilə deyil, eyni zamanda təşkilatçılıqda da irəlidədir".

Dünya liderləri COP29-da qəbul edilən qərarları əhəmiyyətli adlandırıb. Tarixi qərarlara imza atılan COP29-da həmçinin Paris Sazişinin 6-cı maddəsi tam olaraq öz təsdiqini tapdı. Yüksək inteqrasiya olunmuş karbon bazarları üzrə danışıqlara Bakı sammitində yekun vuruldu. Bununla da iqlim sazişinin yekun müddəası öz həllini tapdı. Qeyd edək ki, bu sammitdə inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş Afrika dövlətlərinin səbirsizliklə gözlədikləri İtki Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar da qəbul olundu.

COP29-da əsas məqsəd inkişaf etməkdə olan ölkələr üçün daha əlçatan iqlim maliyyəşdirilməsi mexanizmlərinin yaradılması, 1.5°C hədəfinin qorunması idi. COP29 qlobal liderləri bir araya gətirmək onların iqlim fəaliyyətinə dair müştərək öhdəliklərini nümayiş etdirmək baxımından mühüm əhəmiyyət kəsb etdi.

Bu konfransın paytaxt Bakıda keçirilməsi Azərbaycanın bir daha tarixi strateji zəfərlərindən biri kimi yadda qaldı. Bütün bunlarla yanaşı, dünya Azərbaycanın mədəniyyətini, inkişafını yüksək təşkilatçılıq bacarığını bir daha yaxından gördü. Dostlarımız uğurlarımıza sevindilər, düşmənlərimiz isə xiffət çəkərək Azərbaycana həsəd apardılar.

Görünən odur ki, yüksək təşkilatçılıqla keçirilən COP29 Azərbaycanın qlobal miqyasda nüfuzunu artırmaqla, daxili sabitliyini daha da möhkəmləndirən tarixi bir hadisədir.

 

Rəhman SALMANLI,

Azərbaycan.-2024.- 29 noyabr (№ 263).- S.4.