Ukrayna
XİN COP29-un nəticələrini yüksək qiymətləndirib
Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanda keçirilən
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasının (COP29) nəticələrini yüksək
qiymətləndirib.
AZƏRTAC xəbər verir ki, bunu
Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişşenko Azərbaycanın
bu ölkədəki səfiri Seymur Mərdəliyev ilə görüş zamanı söyləyib.
Görüşdə nazir müavini Azərbaycanın COP29-da uğurlu
təşkilatçılığını
qeyd edib və nəticələri
yüksək dəyərləndirib.
Tərəflər Ukrayna
ilə Azərbaycan arasında, xüsusən də xarici siyasət idarələri arasında ən yüksək səviyyədə
təmasların intensivləşdirilməsinə
xüsusi diqqət yetiriblər. Beynəlxalq təşkilatlar çərçivəsində
qarşılıqlı fəaliyyətə
dair müzakirələr
aparılıb.
Tərəflər Ukrayna
və Azərbaycanın
suverenliyinə, ərazi
bütövlüyünə qarşılıqlı dəstəyi
təsdiqləyib, həmçinin
qarşılıqlı maraq
doğuran bütün
sahələrdə ikitərəfli
əməkdaşlığın prioritet istiqamətləri
barədə fikir mübadiləsi aparıblar.
Seymur Mərdəliyev, öz növbəsində, Azərbaycanın Ukraynaya yardımı artırmağa və Kiyevlə Bakı arasında əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduğunu qeyd edib.
Azərbaycan.-2024.- 29 noyabr (№ 263).- S.6.