COP29 Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin göstəricisi oldu

 

İqlim dəyişikliyi ətraf mühit məsələləri hər ötən gün dünyamızı ciddi şəkildə öz təsiri altına alır. Bu problemlərin yaratdığı olduqca ciddi mənfi təsirlərlə başda kənd təsərrüfatı olmaqla bir çox sahələrdə hər gün daha çox qarşılaşırıq. Bütün bəşəriyyəti narahat edən bu problemin həlli istiqamətində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi isə Azərbaycanın dünyamızın ortaq problemlərinə baxışını nümayiş etdirdi. Fikrimcə, burada əsas məqam odur ki, Azərbaycan bu miqyasda tədbirə uğurla ev sahibliyi edə bildi. Dünya liderlərinin Bakıda bir araya gəlməsi özü-özlüyündə mühüm hadisədir bu tədbir, ilk növbədə, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin göstəricisi oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında TürkiyəninOptimarAraşdırma Mərkəzinin rəhbəri siyasi ekspert Hilmi Daşdemir səsləndirib. O deyib: “Hər birimizi narahat edən iqlim problemlərinin müzakirə olunduğu genişmiqyaslı bu platformanın Bakıda qurulması tədbirdə verilən qərarlar Azərbaycanın bəşəri problemlərə qarşı göstərdiyi həssaslıqla yanaşı, ölkənin dünya miqyasında daha yaxşı tanınması beynəlxalq məsələlərin həllində daha çox söz sahibi olması baxımından da olduqca mühümdür. Rəsmi Bakı hər ötən gün bütün sahələrdə dünya ölkələri ilə yarışır desək, yanılmarıq. Atılan doğru addımlar uğurlu investisiyaları ilə Azərbaycan bu gün dünyada təsirini daha da artıran ölkələrdəndir. Bütün bunların fonunda Azərbaycanın dünya arenasında inkişafının bundan sonra da artan templə davam edəcəyi görünür”.

 

Azərbaycan.-2024.- 29 noyabr (№ 263).- S.6.