Azərbaycanın
COP29-u uğurla keçirməsi
Lefkoşada yüksək
qiymətləndirilib
Şimali Kipr Türk Cümhuriyyəti
(ŞKTC) Prezidenti Administrasiyası
yanında Qeyri-Hökumət
Təşkilatları ilə
Əlaqələr üzrə
koordinator Letif Akça Azərbaycanın
BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasının (COP29) uğurlu təşkilindən
qürur duyduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, L.Akça
Lefkoşada jurnalistlərlə
söhbətində Türk
Dövlətləri Təşkilatına
üzv və müşahidəçi ölkələrin
QHT-lərinin nümayəndəsi
kimi iştirak etdiyi COP29-u yüksək qiymətləndirib.
Koordinator bildirib
ki, o, Bakıda iqlim problemlərinin həllində gənclərin
iştirakı ilə
bağlı müzakirələrdə
çıxış edib.
“Mənim COP29 iştirakçılarına
ŞKTC hökumətinin ətraf
mühit sahəsində
göstərdiyi səylər
barədə məlumat
vermək imkanım oldu. Ölkəmiz ətraf mühitin qorunması naminə beynəlxalq əməkdaşlığa
hazırdır”, - deyən
Akça Şərqi
Aralıq dənizinin planetin iqlim dəyişikliyinin ən çox təsir etdiyi bölgələrindən
biri olduğunu xatırladıb.
O, Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevaya ŞKTC nümayəndələrinin Bakıda keçirilən iqlim sammitində iştirakına verdiyi töhfəyə görə təşəkkür edib.
Azərbaycan .-2024.- 29 noyabr (№ 263).- S.6.