Astanada Qazaxıstanın COP29 iqlim
sammitində iştirakının
nəticələrinə yekun
vurulub
“Bakıda keçirilən
COP29 iqlim dəyişikliyi
ilə bağlı qlobal problemlərin müzakirəsi və birgə həllərin işlənib hazırlanması
üçün mühüm
platformaya çevrilib”.
AZƏRTAC xəbər verir ki, bu
barədə Beynəlxalq
Yaşıl Texnologiyalar
və İnvestisiya Layihələri Mərkəzinin
İdarə Heyətinin
sədr müavini Bekejan Jakeyev bildirib.
Astanada “BMT-nin əsas iqlim sammitinin nəticələri
- COP29” mövzusunda keçirilən
mətbuat konfransında
o, Qazaxıstanın konfransda
fəal iştirak etdiyini bildirib. Ölkə iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişafa keçid sahəsində öz təşəbbüslərini
və nailiyyətlərini
təqdim edib.
“COP29-un hazırlanması və keçirilməsi çərçivəsində Beynəlxalq Yaşıl Texnologiyalar və İnvestisiya Layihələri
Mərkəzi “Qazaxıstan”
pavilyonunun işini əlaqələndirib və
onun informasiya məzmununu təmin edib. O, iqlim gündəliyinin əsas aspektləri üzrə bir sıra tədbirlər,
təqdimatlar və müzakirələrin keçirilməsi
üçün platformaya
çevrilib”, - deyə
o bildirib.
Bekejan Jakeyev qeyd edib ki,
pavilyonda Qazaxıstan iqtisadiyyatının karbonsuzlaşdırılması
sahəsində təşəbbüslər,
o cümlədən bərpaolunan
enerji mənbələrinin
inkişafı, enerji səmərəliliyinin artırılması,
sənayenin modernləşdirilməsi
və 2060-cı ilə
qədər karbon neytrallığına nail
olmaq planları təqdim olunub.
Qazaxıstan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin İqlim Siyasəti Departamentinin iqlim dəyişikliyinə
uyğunlaşma şöbəsinin
müdiri Şattık
Tastemirova bildirib ki, “Qazaxıstan” pavilyonunda beynəlxalq tərəfdaşların iştirakı
ilə 33 tematik sessiya keçirilib.
O, vurğulayıb ki,
COP29-un nəticələrinə əsasən, 2035-ci ilə
qədər inkişaf
etməkdə olan ölkələrə hər
il 300 milyard dollar vəsait ayrılması qərara alınıb.
Mətbuat konfransında
çıxış edənlər
COP29-da iştirakla bağlı
təcrübələrindən danışıblar. Onlar Qazaxıstanın təqdim
etdiyi təşəbbüsləri
bölüşüb, beynəlxalq
tərəfdaşlarla fəal
qarşılıqlı əlaqəni
və milli pavilyonda tematik tədbirlərin təşkilini
vurğulayıblar.
Qeyd edək ki, Beynəlxalq Yaşıl Texnologiyalar və İnvestisiya Layihələri Mərkəzi Qazaxıstan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan təşkilat olmaqla, Qazaxıstanda “yaşıl” layihələrin inkişafı üçün uzunmüddətli bazanın formalaşdırılması üzərində fəal işləyir.
Azərbaycan.-2024.- 29 noyabr (¹ 263).- S.6.