Respublikamızda yeni
seçki hazırlıqları
başlayır. Mərkəzi
Seçki Komissiyasının
27 noyabr tarixli qərarı ilə növbəti bələdiyyə
seçkiləri 2025-ci il
yanvarın 29-na təyin
edilib. Bu, 1999-cu ildən indiyə kimi təşkil olunan sayca 6-cı əsas bələdiyyə
seçkisi olacaq.
Yerli özünüidarəetmənin
səmərəli fəaliyyəti
üçün sistemli
tədbirlər həyata
keçirilib
Azərbaycanda uğurla
həyata keçirilən
hüquqi-demokratik dövlət
quruculuğu prosesinin mühüm tərkib hissələrindən biri
yerli və regional demokratiyanın inkişafıdır. Yerli
demokratiyanın təcəssümü
olan bələdiyyə
qanunla müəyyən
edilmiş ərazi hüdudları daxilində
özünüidarəetmə formasıdır. Bələdiyyənin
öz mülkiyyəti
və yerli büdcəsi olur.
Respublikamızda ilk
dəfə 1999-cu ilin
dekabrında keçirilmiş
seçkilər ölkəmizin
həyatında çox
mühüm hadisə
olmaqla, demokratlk dövlət quruculuğunda
mühüm rol oynamışdır. Yerli özünüidarəetməni ölkəmizdə gedən
demokratikləşmə prosesinin
mühüm bir sahəsi kimi dəyərləndirən Ümummilli
Lider Heydər Əliyev bələdiyyələrlə
bağlı dövlət
siyasətinin əsas istiqamətlərini də
müəyyən edib,
onun inkişafına xüsusi diqqət və qayğı göstərib. Ulu Öndər bələdiyyə
institutunun yaranması
və bu sistemin fəaliyyəti barədə demişdir:
"Biz Azərbaycanda
tam müstəqil yerli özünüidarəetmə
orqanları yaradırıq.
Bu, həm demokratiyanın inkişafı
deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir. Yerli idarəetmə orqanları
isə yerlərdə
onların səlahiyyətləri
çərçivəsində çox işlər görə bilərlər.
Bələdiyyələr dövlətin
də gördüyü
işlərin böyük
bir hissəsini öz üzərilərinə
götürəcək, dövlətin
də yükünü
müəyyən qədər
yüngülləşdirəcəklər.
Ona görə bələdiyyələrin seçilməsi,
onların təşkil
edilməsi, gələcək
fəaliyyəti bizim cəmiyyətimiz üçün,
dövlətimiz üçün
və hər bir vətəndaş üçün çox vacibdir".
Ötən 25 il
ərzində respublikamızda
yerli özünüidarəetmə
orqanlarının səmərəli
fəaliyyəti üçün
dövlət tərəfindən
sistemli tədbirlər
həyata keçirilmiş,
institusional təsisatlar
yaradılmış, bələdiyyə
institutu tam olaraq formalaşmışdır.
Bələdiyyə institutunun
inkişaf etdirilməsi
məqsədilə mühüm
qanunvericilik bazası formalaşdırılmış, bələdiyyələrin statusu,
qulluğunun təşkili,
maliyyəsinin əsasları
və digər sahələri əhatə
edən çoxsaylı
qanunlar qəbul olunaraq onların səmərəli fəaliyyəti
üçün dövlət
tərəfindən hər
cür şərait yaradılmışdır. Belə
ki, bələdiyyə
fəaliyyətini tənzimləyən
çoxsaylı qanunvericilik
aktları, o cümlədən
"Bələdiyyələrin statusu haqqında",
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında",
"Bələdiyyələrin maliyyəsinin əsasları
haqqında", "Bələdiyyələrin
fəaliyyətinə inzibati
nəzarət haqqında"
və digər qanunlar qəbul edilmiş, bələdiyyələr,
bələdiyyə orqanları
və onların vəzifəli şəxsləri
tərəfindən Azərbaycan
Respublikasının Konstitusiyasına
və qanunlarına riayət edilməsinin təmin olunması məqsədilə Ədliyyə
Nazirliyində müvafiq
struktur qurum yaradılaraq fəaliyyətə
başlamışdır.
Seçkilər 685 bələdiyyəyə
keçiriləcək
Xatırladaq ki,
respublikamızda sonuncu
bələdiyyə seçkiləri
2019-cu il dekabrın
23-də keçirilib. Həmin
seçkilər vaxtı
1606 bələdiyyəyə seçkilər təyin olunub, onlardan 9-unda səsvermənin nəticələri
etibarsız hesab edilib.
Budəfəki seçkilər
118 seçki dairəsini
əhatə etməklə
685 bələdiyyəyə keçiriləcək. Qeyd
edək ki, son illərdə ölkədə aparılmış
genişmiqyaslı islahatlar,
dövlət idarəçiliyinin
təkmilləşdirilməsi sahəsində və ölkəmizin sosial-iqtisadi
inkişafında əldə
edilmiş nailiyyətlər,
əhalinin yaşayış
səviyyəsinin yüksəldilməsi
yerli özünüidarəetmə
orqanları olan bələdiyyələrin də
fəaliyyətinin müasir
səviyyədə qurulmasını
zəruri etmişdir. Bu məqsədlə bələdiyyələrin yerləşdiyi
yaşayış məntəqələrinin
sosial-iqtisadi vəziyyəti
və digər yerli xüsusiyyətləri
əsas götürülərək
cari ildə bələdiyyələrin birləşməsi
həyata keçirilib.
Xarici təcrübə
də onu göstərir ki, bələdiyyələrin fəaliyyətinin
səmərəliliyinin artırılması,
iqtisadi və maliyyə potensialının
gücləndirilməsi yollarından
biri də onların birləşməsidir.
Bunun da nəticəsində bələdiyyələrin
ümumi sayı azaldılaraq 685-ə çatdırılıb.
Bu birləşmə prosesi yerli özünüidarəetmə
orqanları üçün
yeni üfüqlər
və imkanlar açır, bələdiyyələr
böyüyür və
güclənir.
MSK tərəfindən bələdiyyə seçkilərinin
hazırlanıb keçirilməsi
üzrə əsas hərəkət və tədbirlərin Təqvim
planı da təsdiq olunub. Təqvim planında bütün seçki hərəkətləri və
tədbirləri konkret
müddət və tarixlər üzrə öz əksini tapıb. Habelə bələdiyyə seçkilərində
vətəndaşların seçki
hüquqlarını pozan
hərəkətlərdən (hərəkətsizlikdən) və
qərarlardan şikayətlərin
araşdırılması, vətəndaşların seçki
hüquqlarının daha
səmərəli təmin
olunması məqsədilə
MSK nəzdində ekspert
qrupu yaradılıb. Dairə seçki komissiyaları nəzdində
Seçki Məcəlləsinə
uyğun şəkildə
3 nəfərdən ibarət
ekspert qruplarının
yaradılması isə
seçki dairələrinin
dairə seçki komissiyalarına həvalə
edilib.
Bu, 2024-cü ildə
bələdiyyələrin birləşməsindən sonra
keçirilən ilk bələdiyyə seçkisi
olacaq. Bu baxımdan qarşıdan gələn seçkilər
yeni yaradılan bələdiyyələrin fəaliyyətini
də yeni mərhələyə yüksəldəcək.
Eyni zamanda bu seçki Azərbaycanın demokratik
inkişafının növbəti
təntənəsi olacaq.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2024.-
29 noyabr (№ 263).- S.8.