QMİ sədri:
Qlobal problemlərin həllində multikulturalizm
ideyaları xüsusi əhəmiyyət daşıyır
Portuqaliyanın Kaşkai
şəhərində keçirilən
BMT Sivilizasiyalar Alyansının
(UNAOC) “Sülhdə birlik
- etimadın bərpası,
gələcəyin yenidən
formalaşdırılması” mövzusunda 10-cu Yubiley Qlobal Forumunda iştirak edən Qafqaz Müsəlmanları
İdarəsinin sədri
Şeyxülislam Allahşükür
Paşazadə noyabrın
27-də Forum çərçivəsində
keçirilən Dini Abidələrin
Qorunması üzrə
Qlobal Konfransa qatılıb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib
ki, tədbirdə çıxış
edən şeyxülislam
A.Paşazadə qütbləşən, real nüvə
təhlükəsi ilə
üz-üzə qalan
dünyada ksenofobiya təzahürlərinin, milli, dini,
irqi zəmində qarşıdurmaya təşviq
edən nifrət çağırışlarının artmaqda olduğu hazırkı dövrdə
qlobal miqyasda etimadın bərpası ədalətli və rifahlı gələcəyin
formalaşdırılması üçün zəruri
şərtdir.
“Sülh
və gələcəyə
dair qlobal problemlərin həllində
dinc birgəyaşayış,
qarşılıqlı anlaşma
mədəniyyəti, sivilizasiyalararası
və dinlərarası
dialoq və əməkdaşlıq, multikulturalizm
ideyaları xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Prezidenti
İlham Əliyevin təbirincə
desək, sivilizasiyalar
və mədəniyyətlər
arasında dialoqun təşkili dünyada əhəmiyyət baxımından
ən təxirəsalınmaz
vəzifələrdən biridir.
Təqdirəlayiqdir ki, BMT və
onun 20 illik tarixə malik Sivilizasiyalar
Alyansı bu mühüm istiqaməti daim diqqətdə saxlayır”, - deyə o bildirib.
İki yüz ölkənin yekdil qərarı ilə COP29-a
ev sahibliyi etməyə layiq görülmüş multikultural
Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış
ərazi bütövlüyünü
və suverenliyini məhz BMT-nin Nizamnaməsinə və təşkilatın Təhlükəsizlik
Şurasının qətnamələrinə
uyğun olaraq təmin etdiyini vurğulayan A.Paşazadə
bu gün ölkəmizin işğaldan
azad olunmuş ərazilərdə şəhər
və kəndləri yenidən qurması, dağıdılmış, təhqir
olunmuş milli, dini-mənəvi
irs nümunələrini,
bütün dinlərə
məxsus abidələri
yenidən bərpa və inşa etməsi barədə danışıb.
“Kultursidə
məruz qalmış
ərazilərimizdə dini-mənəvi
irsin bərpası və qorunması istiqamətində gördüyümüz
işlərə BMT Sivilizasiyalar
Alyansının dəstəyini
hər zaman hiss etmişik
və buna görə
də hədsiz minnətdarıq. Azərbaycanda
dəfələrlə səfərdə
olmuş Migel Anxel Moratinos ölkəmizin sivilizasiyalararası
dialoq prosesində rolu, multikultural mühit, dinlərarası
səmərəli əməkdaşlığın
və din-dövlət
münasibətlərinin səviyyəsi
barədə kifayət
qədər məlumatlıdır.
Bildiririk ki, dinlərarası
əməkdaşlığın və məzhəblərarası
anlaşmanın nadir nümunəsinə
malik Azərbaycan sivilizasiyalararası
dialoqa hər zaman töhfələr vermək
iqtidarındadır”,- deyə QMİ sədri əlavə edib.
COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammiti zamanı qəbul edilmiş Bakı Bəyannaməsində
dini liderlərin Yaşıl Dünya naminə səylərini uğurla koordinasiya etmək üçün
COP nəzdində Məşvərət
Şurasının təsis
olunmasının təklif
edildiyini xatırladan şeyxülislam artıq qurumun yaradılmasının
zamanı çatdığını
vurğulayıb.
Azərbaycan.-2024.- 29 noyabr
(¹ 263).- S.8.