Çin Orta dəhliz çərçivəsində Azərbaycanla əməkdaşlığı genişləndirir

 

 

Dünyada baş verən qarşıdurmalar Orta dəhlizin əhəmiyyətini bu səbəbdən ona olan marağı daha da artırıb. Xüsusən Çin qarşıdakı dövrdə ABŞ ilə çətin anlar yaşayacağını nəzərə alır. Başqa sözlə, ÇXR Tayvan ətrafında baş verən gərginliyin açıq hərbi qarşıdurma ilə nəticələnə bilmək ehtimalını istisna etmir. Belə halda isə böyük istehsalçı ixracatçı ölkə olan Çinin ticarət sektoru ağır zərbə ala bilər.

Sözsüz ki, ÇXR o üzdən onu gözləyən problemləri həll etmək üçün müəyyən tədbirlər görməyə məcburdur. Çinin son dövrlər Orta dəhlizə daha çox diqqət ayırması da bununla bağlıdır. O cümlədən "Şərq-Qərb", "Şimal-Cənub" marşrutlarında açar ölkə olan Azərbaycanla əməkdaşlığı daha da genişləndirməsi yaranmış vəziyyətdən doğan zərurətdir.

Orta dəhlizin səmərəli fəaliyyət göstərməsi Çin Azərbaycanla yanaşı, Orta Asiyadakı qardaş ölkələrin marağındadır. Çünki bu mühüm nəqliyyat marşrutu onların dünya Avropa bazarlarına çıxışını təmin etmək imkanındadır. Buna görə onlar hər zaman əksər sahələrdə olduğu kimi, Orta dəhliz məsələsində Azərbaycana dəstək verirlər.

Orta dəhlizin fasiləsiz fəaliyyət göstərməsini Rusiya da istəyir. Məlumdur ki, Ukraynaya "Oreşkin" raketi ilə zərbə endirdikdən sonra şimal qonşumuzla Qərb arasındakı gərginlik daha da artaraq yeni mərhələyə daxil olub. Bəzi ekspertlərin rəyinə görə, müharibə yaxın zamanda daha da şiddətlənəcək onun tezliklə başa çatması perspektivi inandırıcı deyil. Odur ki, Çin başda olmaqla Orta dəhlizin keçdiyi digər ölkələr marşrutun fasiləsiz fəaliyyətində maraqlıdır. Azərbaycanla Çinin əlaqələrinin intensiv şəkildə genişlənməsi bu çərçivədə yükdaşımaların həcminin artması da bu maraqdan doğur. Cari ilin sonuna qədər 300-dən çox blok qatarının Azərbaycandan keçməsi proqnozlaşdırılır. Belə yüksəliş nəqliyyat şəbəkələrinin optimallaşdırılmasına region ölkələri arasında ticarət həcminin artırılmasına imkan yaradacaq. Bu təşəbbüslər türk dövlətləri arasında iqtisadi inteqrasiyanı dərinləşdirməklə yanaşı, iqtisadi əlaqələrin güclənməsini təmin edəcək.

Beynəlxalq nəqliyyat sistemlərində rəqəmsal texnologiyaların tətbiqi əməliyyat xərclərini azaltmaqdan əlavə, karbon emissiyalarını əhəmiyyətli dərəcədə aşağı salmağa da imkan yaradır. Məsələn, intellektual nəqliyyat sistemləri (ITS), real vaxtda məlumat mübadiləsi avtomatlaşdırma kimi rəqəmsal həllər nəqliyyat axınlarını optimallaşdırmağa, həmçinin ekoloji təsirləri minimuma endirməyə imkan verir. BMT-nin Avropa İqtisadi Komissiyasının hesabatında bildirilir ki, rəqəmsal texnologiyaların tətbiqi nəqliyyat sektorunun effektivliyini 20 faizdən 30 faizə qədər artıra bilər ki, bu da  qlobal iqtisadiyyata 1,5 trilyon dollar əlavə dəyər verilməsi deməkdir.

O ki qaldı ölkəmizin Orta dəhlizdəki liderlik roluna, bu, təkcə regionumuz üçün deyil, həmçinin qlobal miqyasda əhəmiyyətlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan Azərbaycan-Özbəkistan birgə investisiya fondlarının yaradılması regional qlobal iqtisadi əlaqələri gücləndirir. "Rəqəmsal İpək Yolu" layihəsi isə rəqəmsal infrastrukturu inkişaf etdirməklə yanaşı, rəqəmsal təhlükəsizliyi təmin edir. Bundan əlavə, ölkəmiz 2027-ci ilə kimi Orta dəhlizin rəqəmsallaşdırılmasını başa çatdırmaqla dəhliz boyunca malların məlumatların səmərəli mübadiləsinin təmin edilməsini hədəfləyir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Azərbaycanla Çin arasında Orta dəhlizlə yükdaşımalar sahəsində əməkdaşlığın inkişaf etdiyini, bunun bariz nümunəsi kimi ilk dəfə olaraq ixrac yüklərinin Bakıdan dəmiryol nəqliyyatı ilə Çinə yola salındığını bildirib. Qeyd edib ki, həmin tarixi hadisə iki ölkənin iqtisadi nəqliyyat əlaqələri sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoymasını təmin edib. Bununla həm Şərqdən Qərbə əks istiqamətə yükdaşıma proseduru asanlaşıb deməli, Orta dəhlizin səmərəliliyi daha da artıb. Yeri gəlmişkən, qeyd edək ki, ADY Çinlə əməkdaşlığı Kəmər Yol Təşəbbüsü Avrasiya Nəqliyyat Marşrutu çərçivəsində intensiv inkişaf etdirmək istəyir.

Sonda onu xatırladaq ki, cari ilin əvvəlindən Çin Xalq Respublikasından Azərbaycan istiqamətinə 280 konteyner blok-qatarı yola salınıb. İlin sonuna kimi Çindən müvafiq marşrut üzrə 300-dən çox konteyner blok-qatarın Azərbaycanda qəbul edilməsi proqnozlaşdırılıb. Gələn il üçün isə blok-qatar sayının 3 dəfədən çox artırılaraq 1000-ə çatdırılması planlaşdırılır.

 

 

Rüstəm KAMAL,

Azərbaycan.-2024.- 29 noyabr (№ 263).- S.9.