BP məktəblilərə
"yaşıl bilik"lər
aşılayır
"Biz Azərbaycanda
ən çox töhfə verə biləcəyimizə inandığımız
sahələrə yönəlməklə
dayanıqlı inkişaf
təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük".
BP şirkəti belə
bəyan edib.
BP ölkəmizdə neft və qazın
kəşfiyyatı, işlənməsi
və nəqli, indi artıq həm də "yaşıl enerji" üzrə iri layihələrin əməliyyatçısı
kimi bu layihələrin
icrasını təhlükəsiz,
səmərəli və
etibarlı şəkildə
həyata keçirir.
Şirkət bu vaxtadək öz tərəfdaşları ilə
birlikdə Azərbaycanda
icraçısı olduğu
layihələrə təxminən
85 milyard dollar sərmayə qoyub. BP-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri
və bacarıqların
inkişaf etdirilməsi
istiqamətindəki səyləri
insanlara əhəmiyyətli
faydalar gətirib.
Şirkətin sosial
sərmayələri yerli
potensialın yaradılması,
təhsil, icmaların
inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması,
habelə ölkənin
zəngin mədəni
irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. BP və tərəfdaşları uzun
müddətdir Azərbaycan
məktəbliləri ilə
dostluq edir və onlar üçün
sosial proqramlar həyata keçirirlər.
Çoxsaylı belə
layihədən yalnız
son aylara aid olan ikisini
xatırladaq.
Bu ilin oktyabr ayında BP "Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Ceyhan, "Şahdəniz"
və Cənubi Qafqaz Boru Kəməri
layihələrindəki tərəfdaşları
- TPAO, SOCAR, SGC, "LUKOIL", NICO, "MOL", "Equinor", "INPEX", "ExxonMobil",
"ITOCHU", "Eni", "TotalEnergies",
"MVM", "ONGC Videsh" adından Azərbaycanda orta məktəb şagirdləri üçün
yeni onlayn təhsil məzmunu və öyrənmə imkanları təklif edən sosial investisiya layihəsinin uğurla başa çatdığını elan
edib.
Şagirdlərin riyaziyyat
fənni üzrə fəallığını və
motivasiyasını artırmağı
hədəfləyən bu
təşəbbüsün məqsədi məktəbliləri,
o cümlədən kənd
yerlərində yaşayan
və əlilliyi, yaxud xüsusi təhsilə ehtiyacı olan gəncləri əlçatan, müasir təhsil resursları ilə təmin etməkdir. Layihə çərçivəsində əsas diqqət beşinci-doqquzuncu sinif şagirdləri üçün
riyaziyyat üzrə müfəssəl onlayn təhsil məzmununun hazırlanmasına yönəlmişdir.
Yeni hazırlanmış
materiallar ictimaiyyətə
açıqdır və
öyrənmə prosesini
təkmilləşdirmək üçün özündə
bir sıra vasitələri birləşdirir.
Bunlar ümumilikdə
84 saatdan ibarət 359 maraqlı video dərsi, 721 sualdan ibarət 104 ev tapşırığını, şagirdin dərsi mənimsəmə səviyyəsini
qiymətləndirmək üçün
1265 viktorina sualını,
müəllimlərə ev
tapşırığını video formatında vermək və imtahanlarda şagirdlərin
biliyini qiymətləndirmək
imkanı verən rəqəmsal dərs modulunu və s. əhatə edir.
Yeni məzmun şagirdlərə məşq
etmək və riyazi bacarıqlarını
gücləndirmək üçün
əlavə imkanlar yaratmaqla ənənəvi
sinif dərslərini tamamlayır. Bu birillik layihənin
dəyəri 200 min AZN (118 min dollar) təşkil edib. Layihə "LANDAU Educational Technologies" MMC
tərəfindən həyata
keçirilib.
Bu yaxınlarda isə BP şirkəti Azərbaycan
dilində "Uşaqlar
üçün "yaşıl
bilik"lər" adlı
kitabın təqdimatını
keçirib. Adından
da göründüyü kimi,
tədbirin BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının
(COP29) keçirildiyi aya
təsadüf etməsi
yerinə düşür.
Bu layihə şirkətin ölkədə
davamlı inkişafa və təhsilin təkmilləşdirilməsinə dəstək öhdəliyinin
bir hissəsidir. Layihə məktəbəqədər,
ibtidai və orta təhsil səviyyələrində uşaqları
maarifləndirmək və
onlarda xüsusi bacarıqlar inkişaf etdirməklə dayanıqlılıq
mədəniyyəti aşılamaq
məqsədi daşıyır.
Kitab ətraf mühitə
əhəmiyyətli təsir
göstərmək istəyən
valideynlər, təhsil
işçiləri, şagird
və tələbələr
üçün mühüm
bir mənbə kimi nəzərdə tutulub.
Kitabın təqdimatı
zamanı çıxış
edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: "Uşaqlarda ətraf mühitə dair məlumatlılığı
və bacarıqları
inkişaf etdirməklə
onları gələcək
nəsillər üçün
planetimizi qorumağa kömək edən dayanıqlı seçimlər
edə biləcək məsuliyyətli vətəndaşlar
kimi böyüdə bilərik...İqlim dəyişikliyinin və ekoloji problemlərin planetimizə təsiri artdıqca uşaqları dayanıqlı həyat tərzi və ətraf mühitə qayğı ilə yanaşma haqqında maarifləndirmək olduqca
vacibdir. Uşaqlara erkən yaşlardan "yaşıl bilik"lər
aşılamaqla biz onların
dünyamıza müsbət
təsir göstərə
biləcək, ətraf
mühitə həssas
vətəndaşlar kimi
formalaşmasına kömək
edirik".
Kitab "yaşıl bilik"lərə
aid əsas mövzuları, o cümlədən
dayanıqlılığın əsasları, enerjiyə
qənaət, su ehtiyatlarının idarə
edilməsi, tullantıların
azaldılması və
təkrar emalı, dayanıqlı yaşayış
tərzi, dayanıqlı
inşaat və "yaşıl iqtisadiyyat"
kimi mövzuları əhatə edir. Kitabın məzmunu uşaqlar üçün
anlaşıqlı, sadə
və maraqlı şəkildə təqdim
olunur.
Doqquz fəsildən
və nəticədən
ibarət 168 səhifəlik
kitab "yaşıl bilik"lərin
inkişaf etdirilməsi
üçün həm
hərtərəfli, həm
də əlçatan
yanaşma təmin edir. Kitabın hər bir fəslində
uşaqların asanlıqla
başa düşə
biləcəyi dildə
müvafiq yerli və beynəlxalq qanunvericilik aktları təqdim edilir. Kitabda həmçinin uşaqların marağını
cəlb etmək və onları fəal iştiraka həvəsləndirmək üçün
şəkillər, interaktiv
fəaliyyət və
oyunlar, eləcə də ekoloji terminlərin izahlı lüğəti və digər faydalı məzmun var. Kitab BP-nin yerli məktəblərə,
kitabxanalara və müvafiq təhsil müəssisələrinə hədiyyəsidir.
Layihənin ümumi dəyəri kitabın hazırlanması və nəşri ilə birlikdə təxminən
41 500 manat (24 400 dollar) təşkil
edir. Layihə "GEM
CSR Consulting" MMC tərəfindən həyata keçirilib. Kitabın müəllifi Liya Bayramovadır.
Qeyd edək
ki, fəaliyyətə başladığı
vaxtdan indiyədək
BP özü və onun əməliyyatçısı
olduğu birgə layihələrdəki tərəfdaşları
adından ölkədəki
sosial sərmayə layihələrinə ümumilikdə
təqribən 111 milyon
dollardan çox vəsait xərcləyib.
Flora SADIQLI,
Azərbaycan.-2024.- 29 noyabr
(№ 263).- S.9.