Əbu-Dabidə
“Şuşa günləri”
keçirilib
Şuşa şəhərinin
2024-cü il üçün
“İslam dünyasının
mədəniyyət paytaxtı”
elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq Şuşa Şəhəri
Dövlət Qoruğu
İdarəsinin təşkilatçılığı,
Azərbaycan Respublikasının
Birləşmiş Ərəb
Əmirliklərindəki (BƏƏ) səfirliyinin dəstəyi
ilə keçirilən
“Şuşa günləri”
çərçivəsində Şuşa rayonunda Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Aydın
Kərimov və rəhbərlik etdiyi nümayəndə heyəti
noyabrın 26-27-də Əbu-Dabi
şəhərində rəsmi
səfərdə olublar.
Şuşa Şəhəri
Dövlət Qoruğu
İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, səfər çərçivəsində Aydın Kərimov
BƏƏ-nin mədəniyyət
naziri Şeyx Salem Al Qasimi, BƏƏ xarici işlər nazirinin müavini Xalid Belhou və
BƏƏ-nin Şəhərsalma
və Nəqliyyat departamenti rəhbərinin
müavini Saif Sultan Al Nasseri ilə görüşüb.
Azərbaycanın BƏƏ-dəki fövqəladə
və səlahiyyətli
səfiri Elçin Bağırov və nümayəndə heyətinin
üzvləri - Şuşa
Şəhəri Dövlət
Qoruğu İdarəsinin
icraçı direktoru
Tural Novruzov, Xüsusi nümayəndəliyin
baş məsləhətçisi
Elşad İskəndərov,
Qoruğun məsul əməkdaşları görüşlərdə
iştirak ediblər. Hər bir görüşdə
ölkələr arasında
ikitərəfli əlaqələrdən
söz açılıb,
dünyada ən mötəbər tədbirlərdən
biri hesab edilən COP29 layihəsinin
Azərbaycanda yüksək
səviyyədə, uğurla
həyata keçirilməsi
xüsusi olaraq vurğulanıb və dövlətimiz bu münasibətlə təbrik
edilib. Eyni zamanda, Şuşanın Baş Planı haqqında məlumat verilib, şəhərsalma
ilə bağlı ideya və fikirlər
bölüşdürülüb, iki şəhərin münasibətlərinin daha
da möhkəmlənməsi,
elm, mədəniyyət,
yaradıcılıq sahəsində
əlaqələrin inkişafı,
təcrübə mübadiləsinin
aparılması müzakirə
olunub. Şuşanın
tarixi, işğal dönəmində ermənilər
tərəfindən məruz
qaldığı talanlar
və dağıntılar,
hazırkı bərpa
və yenidənqurma işləri, turizm potensialının inkişaf
etdirilməsi və turistlərin şəhərə
cəlb edilməsi, Şuşanın beynəlxalq
aləmdə tanıdılması
istiqamətində görülən
işlər, həyata
keçirilən layihələr,
yeni yaşayış
kompleksinə əhalinin
köçürülməsi və şəhərə
gediş-gəlişin asanlaşması
barədə də məlumatlar verilib.
Dövlət Turizm
Agentliyinin dəstəyi
ilə “Şuşa günləri” davam edib. Belə ki, “Şuşa - dünən və bu gün” adlı
fotosərgidə Şuşanın
tarixi keçmişini,
füsunkar təbiətini,
işğaldan əvvəl
və sonrakı görkəmini, bərpa-quruculuq,
yenidənqurma işlərini
özündə əks
etdirən müxtəlif
fotolar sərgilənib,
hər biri haqqında ətraflı məlumat verilib. XVIII-XIX əsrlərə aid Qarabağın zadəgan xanımlarının geyimləri
və kişi libasları “Qarabağ milli geyimləri” adı ilə nümayiş etdirilib və maraqla qarşılanıb. İştirakçılar
dünyanın ən qədim, zəngin mətbəxlərindən biri
olan Azərbaycan kulinariyasının ləziz
təamlarına və
şirniyyatlarına qonaq
ediliblər.
“Şuşa günləri” çərçivəsində Azərbaycanın mədəniyyət və incəsənət ustalarının iştirakı ilə möhtəşəm qala–konsert keçirilib.
Azərbaycan.-2024.- 29 noyabr (¹ 263).- S.10.