Vyanada dahi şair mütəfəkkir Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd edilib

 

Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən şair filosof Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə Vyanadakı Azərbaycan Mədəniyyət MərkəzindəQəlbimdəki şair” (Der Poet in mir) adlı ədəbi-musiqili tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi Məhəmməd Füzulinin həyat yaradıcılığı barədə danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən dahi şairin 530 illiyi Azərbaycanda dünyanın müxtəlif ölkələrində geniş şəkildə qeyd edilir.

Diqqətə çatdırılıb ki, Azərbaycan dilində poeziyanın mükəmməl nümunələrini yaradan, dilimizi daha da zənginləşdirən M.Füzuli özündən sonra zəngin ədəbi-bədii irs qoymuş, sanballı ədəbi məktəb formalaşdırmış, bir çox tanınmış şairlər özlərini onun şagirdi hesab etmişdir. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin müsəlman Şərqində ilk operanı bəstələyərkən məhz Füzuli yaradıcılığına müraciət etməsi onunLeyli Məcnunpoemasını əsas götürməsi təsadüfi olmamışdır.

Sonra tanınmış musiqiçi Tural İsmayılovun rəhbəri olduğuAnima Şirvaniansamblı konsert proqramı ilə çıxış edib. Konsertdə Azərbaycan muğamı xalq mahnıları klassik alman ingilis barokko musiqisi ilə vəhdət şəklində təqdim olunub, həmçinin görkəmli şairin şeirləri bədii qiraətçi tərəfindən səsləndirilib.

Konsertdə Fikrət Əmirov, Ali Ufki, Qazi Giray Xan, Dieqo Ortiz, Samuel Şaydt, Con Dauland, Mixael Pretorius kimi bəstəkarlarla yanaşı, Azərbaycan muğamları, xalq mahnıları rəqsləri barokko dövrünə aid musiqi alətlərinin təqdimatında böyük maraq alqışlarla qarşılanıb.

 

Azərbaycan.-2024.- 29 noyabr (№ 263).- S.10.