İqtisadi
inkişaf sosial məqsədlərə xidmət
edir
Əhalinin sosial
müdafiəsi və
məşğulluğunun təmin
edilməsi, rifah halının və sosial təminatın artırılması, insanların
həyat şəraitinin
daha da yüksəldilməsi
Azərbaycan dövlətinin
başlıca vəzifəsidir.
Prezident İlham
Əliyevin sosial islahatlar proqramları, icra edilən mühüm layihələr
və qərarlar məhz bu məqsədə
xidmət edir. Həyata keçirilən
tədbirlər, uğurlu
nəticələr Milli
Məclisdə geniş
müzakirə olunan
2025-ci ilin dövlət
büdcəsi layihəsində
də aydın əks olunur. "Büdcə sistemi haqqında" Azərbaycan
Respublikasının Qanununun
tələblərinə uyğun
tərtib olunmuş büdcə layihəsini nəinki maliyyə, ilk növbədə siyasi əhəmiyyətli
sənəd hesab etmək olar. Bu layihə dövlət rəhbəri
cənab İlham Əliyevin siyasi fəaliyyətini iqtisadi müstəvidə aydın
ifadə etməklə,
həm də hökumətin bu sahədəki fəallığını
bütün istiqamətlərdə
dəyərləndirir.
Ölkədəki ictimai-siyasi
sabitlik, birlik, sosial-iqtisadi inkişaf, daxili və xarici aləmdə qazanılan uğurlar, məhz həyata keçirilən mükəmməl
siyasi kursun nəticəsidir. Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf
edən ölkələri
sırasındadır. Hazırda
respublikamızda ÜDM-in
4,7 faizlik artım tempi dünya üzrə ümumi iqtisadi artım göstəricisindən (3.2-3.5) yüksəkdir. Beynəlxalq
Valyuta Fondu gələn il Azərbycanda ÜDM-in 77 milyard dollara yüksələcəyini ehtimal
edir.
2025-ci il dövlət
büdcəsi gəlirlərinin
keçən ilin müvafiq proqnoz göstəriciləri ilə
müqayisədə 5,3 faiz
çox proqnozlaşdırılması
müsbət göstəricidir.
Büdcə layihəsində
təhsil xərclərinin
8,7 faiz, səhiyyə
xərclərinin 7,1 faiz,
kənd təsərrüfatı,
mənzil və kommunal təsərrüfatı,
ətraf mühitin mühafizəsi xərclərinin
7,2 faiz, sosial-müdafiə
və sosial təminat xərclərinin
9,6 faiz artımla proqnozlaşdırılması Azərbaycan
iqtisadiyyatının dayanıqlı
və davamlı inkişafda olmasından xəbər verir.
Büdcədə müdafiə
və milli təhlükəsizlik məsələlərinə
daha çox vəsaitin ayrılmasının
nəzərdə tutulması
günün reallığından
irəli gəlir. Ali maliyyə sənədi Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin Milli Məclisin VII çağırış
ilk iclasında səsləndirdiyi ordumuzu gücləndirmək, müdafiə
sənayemizi inkişaf
etdirmək, sərhədlərimizi
möhkəmləndirmək, təhlükəsizliyimizi təmin
etməklə bağlı
çağırışının ifadəsi kimi qəbul edilməlidir. Müharibədə tarixi qələbə qazanmağımıza
baxmayaraq, yenə də ölkəmizə qarşı təxribat, mina müharibəsi, böhtan, şantaj kampaniyası davam etməkdə, Ermənistan
silahlanmaqdadır. ABŞ, Fransa,
Avropa təcavüzkar
dövləti müharibəyə
hazırlayır. Belə
bir vaxtda bütün imkanları təhlükəsizliyimiz üçün
səfərbər etmək
başadüşüləndir və bu, xalqın
istəyi, tələbidir.
İşğaldan azad
olunan ərazilərin
yenidən qurulması
və bərpası məqsədilə nəzərdə
tutulan 4 milyard manat vəsait torpağa məhəbbətdən,
insana qayğıdan qaynaqlanır. Artıq keçmiş qaçqın
və məcburi köçkünlər öz
ata-baba yurdlarına qayıdırlar, yeni bir həyata qədəm qoyurlar. Bu, böyük xoşbəxtlikdir və bu amal uğrunda
qoyulan və artırıla biləcək
hər hansı vəsait insanlığa töhfə, xidmətdir. Dövlət büdcəsində sosialyönümlü
xərclər büdcə
xərclərinin 41 faizini
təşkil edir. Yoxsulluğun azaldılması,
aztəminatlı ailələrin
sosial müdafiəsinin
gücləndirilməsi sosial-müdafiə
və sosial-təminat
xərcləri əvvəlki
illərdən artıqdır
ki, bu da
dövlətimizin insanlara
qayğısının əyani
ifadəsidir.
Azərbaycan dövləti
sosial məsələlərin
həllinə daim böyük önəm verir. Son beş
ildə dövlət büdcəsindən ayrılan
vəsaitlərin həcminin
mütləq ifadədə
1,6 dəfə artması
bunun təsdiqidir. Dövlət büdcəsində
növbəti ildə
minimum əməkhaqqının
və minimum pensiyanın artırılması,
sosial müavinətlər
və təqaüdlər
istiqamətində əsaslı
tədbirlərin görülməsi,
pensiyaların indeksləşdirilməsi planlaşdırılır.
Ümumilikdə sosial
paket 3 milyon insanı əhatə edəcək. Bu, milyonlarla insanın sosial vəziyyətini yaxşılaşdıran sosial
qayğının ifadəsidir.
2025-ci ilin
dövlət büdcəsinin
gəlirlərinin 38 milyard
316 milyon manat, xərclərinin 41 milyard
367 milyon 600 min manat məbləğində
nəzərdə tutulması
iqtisadi inkişafımızın
göstəricisidir. 2025-ci ilin dövlət büdcəsində
kənd təsərrüfatı
xərclərinin 1171,9 milyon
manat nəzərdə
tutulması və həmin vəsaitin 510,7 milyon manatının mövcud olan su ehtiyatlarından səmərəli istifadəsinin
təmin olunmasına,
müasir texnologiyaların
tətbiq edilməsinə,
torpaqların meliorativ
vəziyyətinin yaxşılaşdırılmasına
yönəldilməsi, həm
də büdcədən
toxumçuluğun, heyvandarlığın
inkişafı üçün
əlavə vəsaitlərin
ayrılması aqrar sahəyə dövlətin
qayğısı kimi
dəyərləndirilməlidir. Belə bir qayğının
nəticəsidir ki, cari ilin 9 ayı
ərzində aqrar sənaye məhsullarının
ixracının dəyəri
dəfələrlə artıb,
kənd təsərrüfatı
məhsullarının faktiki
qiymətlərlə ümumi
dəyəri 11 milyard
407,1 milyon manat olub. Ölkəmizdə kənd təsərrüfatı
məhsullarının istehsalı
artır, aqrar sektor ölkənin ərzaq təhlükəsizliyinin
təmin olunmasında
başlıca rola malik, gəlir gətirən sahəyə
çevrilir. Dünyada
baş verən hadisələr - amansız
müharibələr, qarşıdurmalar,
iqlim dəyişikliklərinin
yaratdığı problemlər
- quraqlıq, su, qida çatışmazlıqları
bəşəriyyəti imtahana
çəkir və bu hallar Azərbaycana
da təsir göstərməyə bilməz.
COP29 kimi dünya əhəmiyyətli bir tədbirin ölkəmizdə
uğurla keçirilməsi
bunun ifadəsi idi və beynəlxalq
aləm bir daha Azərbaycanın qüdrətinin, məharətinin,
təşkilatçılığının
şahidi oldu.
İqtisadiyyatımızın inkişafı, insanların
sosial vəziyyətinin
gündən-günə yaxşılaşması,
beynəlxalq aləmdə
dövlətimizin nüfuzunun
yüksəlməsi qürurvericidir.
Cənab İlham Əliyevin siyasi kursunun qələbə zəfərləri yeni nailiyyətlərə yol açır, dövlətimizi
və xalqımızı
ucaldır, yüksəlişimiz
üçün yeni imkanlar yaradır. Ancaq ən vacib
məsələ milli
təhlükəsizliyimizi təmin
etmək, ordumuzu gücləndirmək, müdafiə
qabiliyyətimizi artırmaq,
işğaldan azad olunan ərazilərin bərpasını sürətləndirmək
və vətəndaşlarımızın
qayğısına qalmaq,
həyat səviyyələrini
yüksəltməkdir.
2025-ci ilin büdcəsi
qeyd olunan vəzifələrin öhdəsindən
gəlmək üçün
əhəmiyyətlidir və
xalqın xoşbəxtliyinə,
dövlətin inkişafına
xidmətə yönəldilmişdir.
Tahir RZAYEV,
Milli Məclisin
Aqrar siyasət komitəsinin sədr
Azərbaycan.-2024.-
30 noyabr (№ 264).- S.4.