COP29-un qərarları
Paris İqlim Sazişinin
tam icrasını təmin edəcək
Qlobal istiləşmənin qarşısını
yalnız beynəlxalq
həmrəyliklə almaq
mümkündür
İqlim dəyişikliyi inkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələrə təsir edən ümumbəşəri problemdir. Bu, qlobal temperaturun artmasına, buzlaqların əriməsinə, dəniz səviyyəsinin qalxmasına, anomal hava şəraitlərinə, bioloji müxtəlifliyin, qida və su resurslarının azalmasına səbəb olur.
Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin
(NOAA) məlumatlarına əsasən,
oktyabr tarix ərzində müşahidə
edilmiş ikinci ən isti ay
olub. Belə ki, həmin ay ortalama temperatur göstəricisi 15,32 dərəcə
təşkil edib. Bu isə ötən ilin eyni ayında
müşahidə edilmiş
ortalama temperatur göstəricisindən yalnız
0,05 dərəcə aşağıdır.
Oktyabrda Yer səthinin 12 faizində yüksək temperatur göstəricisi müşahidə
edilib. Keçən ayın temperaturu Qrenlandiya, Mərkəzi və Cənubi Afrika, Mərkəzi Asiyanın bəzi regionları və Antarktidanın şərq regionunun böyük hissəsi istisna olmaqla, quru sahənin böyük hissəsində
orta temperaturdan daha yüksək olub.
Mütəxəssislər planetin istiləşməsinin əsas
səbəbini insan fəaliyyəti nəticəsində
atmosferə ifraz olunan istixana qazları ilə əlaqələndirirlər. NOAA-nın məlumatları sayəsində müəyyən
edilib ki, 2024-cü il tarix
ərzində müşahidə
edilmiş ən isti ildir.
İqlim dəyişikliyinin
yaratdığı fəsadların
qarşısının alınması
istiqamətində təcili
tədbirlər görülməsə,
bəşəriyyətin və
Yer kürəsinin gələcəyi üçün
fəlakətlər qaçılmaz
olacaq. Belə ki, Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) hesablamalarına görə,
3,6 milyard insan iqlim dəyişikliyinə
yüksək dərəcədə
həssas olan bölgələrdə yaşayır.
2030-2050-ci illər arasında
qidalanma, malyariya, ishal və istilik
stresi kimi iqlimlə əlaqəli amillərin hər il əlavə 250 min ölümə
səbəb olacağı
proqnozlaşdırılır.
Mütəxəssislər bildirirlər
ki, iqlim böhranı
ilə mübarizə
aparmaq və onun dağıdıcı
təsirlərinin qarşısını
almaq üçün
2100-cü ilədək qlobal
temperatur artımı
2 dərəcənin altında
saxlanılmalıdır. Bu isə yalnız bir ölkənin, ayrı-ayrı fərd və ya təşkilatların
əldə edə biləcəyi nailiyyət
deyil. Bunun üçün
beynəlxalq əməkdaşlıq,
texnoloji inkişaf və sosial dəyişikliklər lazımdır.
BMT-nin iqlim dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
sessiyaları da bu istiqamətdə böyük
əhəmiyyət kəsb
edir.
2015-ci ildə Fransada keçirilən COP21-də qəbul
edilmiş Paris İqlim
Sazişi qlobal istiləşməni sənayedən
əvvəlki səviyyədən
maksimum 1,5 dərəcəyə
qədər məhdudlaşdırmağı
nəzərdə tutur.
İnkişaf etmiş
və inkişaf etməkdə olan ölkələr arasında
məsuliyyətin bölüşdürülməsi
məsələsinə xüsusi
diqqət yetirilən saziş hər bir ölkənin iqlim dəyişikliyinə
töhfəsini və
onu azaltmaq üçün fərqli
imkanlarını nəzərə
alaraq ədalətli keçidin təmin edilməsini hədəfləyir.
İnkişaf etmiş
ölkələr maliyyə
və texnologiya sahələrində inkişaf
etməkdə olan ölkələrə dəstək
verməyi öhdəlik
kimi qəbul ediblər.
Azərbaycan da iqlim dəyişikliyi ilə bağlı Paris Sazişini
imzalayan dövlətlər
arasındadır. Üzərinə
düşən öhdəlikləri
yerinə yetirən ölkəmiz iqlim dəyişikliyinin yaratdığı
fəsadların aradan
qaldırılması, istixana
qazı emissiyalarının
azaldılması, bərpaolunan
enerji mənbələrinin
istifadəsinin artırılması
və enerji səmərəliliyinin təkmilləşdirilməsi
istiqamətində mühüm
addımlar atır.
COP29-un məhz Azərbaycanda
keçirilməsi də
bunun bariz göstəricisidir.
COP29-da qəbul edilmiş qərarlar qlobal iqlim siyasətində dönüş nöqtəsi
kimi qiymətləndirilir.
Emissiyaların azaldılması
sahəsində atılacaq
hər bir addım, xüsusilə kömür kimi yüksək karbonlu yanacaqlardan tədricən imtina edilməsi və bərpaolunan enerji mənbələrinə
keçid strategiyaları
həlledici rol oynayır. Mütəxəssislər,
həmçinin meşələrin
bərpası, dayanıqlı
kənd təsərrüfatı
metodlarının tətbiqi
və təbiətin qorunması kimi təbii həll yollarının da vacibliyini
qeyd edirlər.
Ölkəmiz 1990-cı illə
müqayisədə 2030-cu ilə
qədər istixana qazlarının miqdarının
35 faiz azaldılmasını
hədəfləyir. Bu tarixdən
sonra isə daha iddialı hədəf müəyyən
edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir.
Prezident İlham Əliyev
ölkəmizin işğaldan
azad edilmiş torpaqlarını "yaşıl
enerji" zonası
elan edib. Bu ərazilərin
2050-ci ilədək "Netto
sıfır emissiya"
zonasına çevrilməsi
nəzərdə tutulur.
İqlim konfransının
nəticələri dünya
miqyasında iqlim dəyişikliyinə qarşı
mübarizədə yeni mərhələnin
başlanğıcı kimi
qiymətləndirilir. COP29-da qəbul olunan qərarlar Paris Sazişinin
tam icrasına şərait
yaradaraq, daha sağlam gələcək
qurmağa xidmət edəcək.
Ülkər XASPOLADOVA,
Azərbaycan.-2024.- 30 noyabr
(№ 264).- S.5.