Azərbaycanda
əhalinin elə təbəqəsi yoxdur ki, dövlətin sosial tədbirlərindən
kənarda qalsın
Azərbaycanda əhalinin
etibarlı sosial müdafiəsini təşkil
etmək, genişmiqyaslı
sosial infrastruktur layihələrini həyata
keçirmək üçün
geniş imkanlar mövcuddur və bunları reallaşdırmaq
məqsədilə ardıcıl
tədbirlər görülür,
islahatlar aparılır.
Prezident İlham Əliyev bu sahədə yaranan problemlərin aradan qaldırılmasına, sosial
məsələlərin yüksək
səviyyədə həllinə
nail olmaq üçün siyasi iradə nümayiş etdirir: "Azərbaycanda sosial sahədə vəziyyət dünyanın
aparıcı ölkələrindən
geri qalmamalıdır".
Ölkənin sosial
sahəsinə cavabdeh
olan mərkəzi icra orqanları öz fəaliyyətlərini
məhz bu tələb səviyyəsində
qurmağa çalışırlar.
Onlar yaxşı bilirlər ki, sosial siyasətin kökündə insana qayğı, vətəndaşa
diqqət, cəmiyyətə
hörmət dayanır.
Bu siyasəti dövlət institutları
həyata keçirsə
də, onun ümumi kursunu və məzmununu dövlət başçısı
müəyyən edir.
Ona görə də Prezident İlham Əliyev sosial siyasəti dövlət siyasətinin
ən zəruri sahələrindən biri kimi dəyərləndirir.
Şəhid ailə üzvləri və qazilər, aztəminatlı
ailələr, fiziki sağlamlığı məhdud
olan insanlar və digər qruplarla bağlı Prezident vaxtaşırı
qərarlar qəbul edir, onların sosial təminatının
yaxşılaşdırılması ilə bağlı göstərişlər verir.
Faktlara müraciət
edək: postmüharibə
dövründə şəhid
ailələri və qazilərə ünvanlanan
müavinət və təqaüdlər orta hesabla 2 dəfə artıb. Onlar Vətən müharibəsindən
sonra 5 min 800, ümumilikdə 14 min 600 mənzillə təmin olunublar. Həmçinin qazilərə son iki ildə 528, Birinci Qarabağ müharibəsi də nəzərə alınmaqla,
ümumilikdə 7 min
700 avtomobil verilib. 490 hərbçiyə yüksək
texnologiyalı protezlər,
2232 müharibə əlilinə
isə 61,1 min reabilitasiya vasitəsi təqdim edilib.
Azərbaycan dövlətinin son dövr həyata keçirdiyi sosial proqramların və bu sahəyə verdiyi önəmin nə dərəcədə
əhəmiyyətli olduğu
statistik rəqəmlərdə
belə ifadə olunur: minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan
280, orta aylıq pensiya ümumi göstəricilərdə 2,4 dəfə
artaraq 208 manatdan 494 manata yüksəlib. Yaşa görə orta aylıq pensiya 2,3 dəfə artırılaraq 234 manatdan
527, müavinətlərin və
təqaüdlərin ümumi
məbləği 5 dəfə
artaraq 400 milyon manatdan 1,9 milyard manata çatıb. Ünvanlı dövlət
sosial yardımı üzrə orta məbləğ isə
2,7 dəfə artırılaraq
175 manatdan 468, yaşayış
minimumu 56 faiz artaraq 173 manatdan 270, ehtiyac meyarı 2,1 dəfə artaraq 130 manatdan 270 manata, xalis minimum aylıq
əməkhaqqının xalis
orta aylıq əməkhaqqına nisbəti
2003-cü ildəki 11,7 faizdən
2018-ci ildə 26,5, bu ilin əvvəlində
41,1 faizə yüksəlib.
Xeyli dərəcədə
diqqətçəkən bu
statistik rəqəmlərin
arxasında insan amili, vətəndaşın
rifahı dayanır. Məsələn, minimum pensiyanın 2,5 dəfə
artırılması xüsusilə
yaşlı nəslin
gündəlik dolanışığı,
güzəranının yaxşılaşması
deməkdir. Orta aylıq pensiyaların və müavinətlərin
əhəmiyyətli dərəcədə
yüksəldilməsi də
yaşlı və ahıl vətəndaşlarımızın
sosial problemlərinin həlli üçün atılan mühüm addımdır. Ünvanlı
sosial yardımların
orta məbləğinin
dəfələrlə artırılması
və ehtiyac meyarının yüksəldilməsi
kimi tədbirlər isə əhalinin aztəminatlı təbəqəsinin
yaşayış şəraitini
yaxşılaşdırmaq və onları daha layiqli həyat
səviyyəsinə çatdırmaq
məqsədini daşıyır.
Bu sadalananlar yalnız maliyyə göstəricilərini deyil,
həm də dövlət-vətəndaş münasibətlərində inamın
və güvənin, eləcə də sosial bərabərliyin
gücləndirilməsi yöndə
əldə edilən uğurları əks etdirir. Bu da
o deməkdir ki, Azərbaycan əhalisinin rifahı
sosial siyasətin prioriteti olaraq bu günün deyil, həm də gələcək illərin strategiyasını
əhatə edir.
Mütəxəssislər Azərbaycanda yeni iş yerlərinin açılmasının daimi
xarakter aldığını
vurğulayırlar. Bu
da təsadüfi deyil. Həqiqətən ölkədə məşğulluq
proqramları uğurla
həyata keçirilir.
Prezident İlham Əliyevin imzaladığı
fərman və sərəncamlar nəticəsində
bu istiqamətdə mühüm irəliləyişlər
əldə edilib. Bundan əlavə, təkcə son illər 4 milyondan çox vətəndaşı
əhatə edən 4
sosial islahat paketi həyata keçirilib. Yeri gəlmişkən, qeyd edək ki, gələn
il də yeni sosial paket
reallaşdırılacaq. Bu
sosial paketin pensiyaların indeksləşdirilməsi
ilə birlikdə 3 milyon insanı əhatə etməsi gözlənilir. Əmək
və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev
Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, Sənaye və sahibkarlıq komitələrinin
birgə iclasında gələn ilin büdcə zərfi müzakirə olunan zaman deyib: "Gələn il həm minimum əməkhaqqı, həm
minimum pensiyanın artırılması, eyni zamanda sosial müavinətlər və
təqaüdlər istiqamətində
addımların atılması,
pensiyaların indeksləşdirilməsi
planlaşdırılır. Düşünürəm ki,
dövlət büdcəsi
və icmal büdcə parlamentdə təsdiq olunduqdan sonra onun parametrləri
təsdiq ediləcək".
Sosialyönlü siyasətin
bütün bu sadalanan və sadalanmayan gələcək hədəfləri
2025-ci ilin büdcə
layihəsində də
geniş əks olunub. Bu günlər
Milli Məclisdə müzakirə edilən
2025-ci ilin büdcə
layihəsi əhalinin
sosial rifahını daha da yaxşılaşdırmaq,
iqtisadi dayanıqlığı
təmin etmək və vətəndaşlara
yönəlik siyasəti
gücləndirmək baxımından
mühüm əhəmiyyət
kəsb edir. Layihədə sosial təminatdan tutmuş, məşğulluq və idarəetmə islahatlarına
qədər bir çox prioritet nəzərə alınıb.
Sosial təminatın gücləndirilməsi baxımından
büdcədə həssas
qruplara, şəhid ailələrinə və
müharibə əlillərinə
yönəli proqramların
miqyasının daha da genişləndirilməsi
planlaşdırılır. Bu, yalnız maddi dəstək tədbirləri ilə məhdudlaşmır, həm
də onların yaşayış şəraitini
yaxşılaşdırmağa, cəmiyyətə inteqrasiyasını
artırmağa xidmət
edir.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
30 noyabr (№ 264).- S.7.