Cəbrayıl
növbəti sakinlərinə
qovuşdu
"Biz bütün
gücləri səfərbər
etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı
və bütün başqa rayonlarımızı
yenidən quraq, bərpa edək". Prezident İlham Əliyevin bu sözlərinin reallaşdığının,
azad olunmuş ərazilərdə irimiqyaslı
bərpa-quruculuq işlərinin
yalnız ölkəmizin
öz gücü hesabına həyata keçirilməsinin, keçmiş
məcburi köçkünlərin
doğma yurdlarına qayıtmasının şahidi
oluruq.
Görülən işlərin
nəticəsidir ki, keçmiş məcburi köçkünlərin mərhələli
olaraq yurdlarına qayıtmasına başlanılıb.
Doğma yurdlarına qovuşan insanların sayı günü-gündən
artır. İşğaldan
azad edilmiş digər şəhər və kəndlərimiz kimi, Cəbrayıl da mütəmadi olaraq qayıdış karvanlarını qarşılayır.
Daha 200 nəfər
yurduna döndü
Yenidən qurulan
Cəbrayıl şəhəri
dünən növbəti
köç karvanını
qarşılayıb. Bu
mərhələdə şəhərə
40 ailə - 200 nəfər
qayıdıb. Uzun illərin həsrətindən
sonra mərhələli
olaraq dədə-baba yurdlarına qayıdan cəbrayıllıların sayı
artıq 800 nəfərə
çatıb.
30 ildir bu günün həsrətilə
yaşayan Cəbrayıl
sakini Səkinə Musayeva deyib ki, bir vaxtlar
ömrünün vəfa
etməyəcəyini, bu
torpaqları bir də görə bilməyəcəyini düşünüb,
xiffət çəkib.
Amma indi başqa əhvali-ruhiyyədədir:
"Şükür Allaha,
torpaqlarımız geri
alındı. Səbəbkarlar
var olsun. Şəhidlərimizə Allah
rəhmət etsin. O qədər ağır, o
qədər çətin
günlərimiz olub ki, dilə gətirməyə
utanmışıq. Həmişə
bu günü arzulamışam. Biz Cəbrayılda çox gözəl yaşayırdıq.
Bundan sonrakı günlərimiz daha da gözəl olacaq. Allah kömək
olsun prezidentimizə, ona ömür versin, bizə daha yaxşı günlər nəsib etsin".
Dədə-baba torpağına
qovuşan keçmiş
məcburi köçkün
Yusif Kərimov hiss etdiyi sevinc
və xoşbəxtliyi
sözlə ifadə etməkdə çətinlik
çəksə də
deyir: "Mən Cəbrayılda anadan olmuşam. Ömrümün
çoxu, uşaqlığım,
gəncliyim burada keçib. Bu günü bizə nəsib edən vətən övladlarına
minnətdaram. Allah şəhidlərimizə rəhmət
etsin, qazilərimizə
cansağlığı versin".
9000-dən çox insan
torpağına qayıdıb
Dörd ildir ki, tarixi ədalət
bərpa edilib, düşmənə lazımi
dərs verilib. Bundan sonra Azərbaycan
xalqı əbədi olaraq qalib kimi
yaşayacaq. İşğaldan
azad edilmiş ərazilərimizdə aparılan
genişmiqyaslı bərpa-quruculuq
işləri Qarabağı
və Şərqi Zəngəzuru cənnətməkana
çevirəcək.
Prezident İlham
Əliyevin müvafiq göstərişləri ilə
həyata keçirilən
məqsədyönlü və
genişmiqyaslı işlər
sayəsində azadlığına
qovuşmuş torpaqlarımızda
əhalinin dayanıqlı
məskunlaşması təmin
edilir. Keçmiş məcburi köçkünlərin
doğma yurda qayıdışı ilə
bağlı qarşıya
qoyulan hədəflər
uğurla gerçəkləşdirilir.
Düşmənin viran
qoyduğu şəhər
və kəndlərimiz
yenidən qurulduqca keçmiş məcburi köçkünlər torpaqlarına
qovuşur. İndiyədək
2333 ailə - 9010 nəfər
əzəli yurdlarına
geri dönüb. 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində,
20 ailə (90 nəfər)
Tərtər rayonunun Talış kəndində,
570 ailə (2090 nəfər)
Laçın şəhərində,
823 ailə (3136 nəfər)
Füzuli şəhərində,
217 ailə (823 nəfər)
Laçın rayonunun
Zabux kəndində,
59 ailə (215 nəfər)
Laçın rayonunun
Sus kəndində, 220
ailə (823 nəfər)
Şuşa şəhərində,
46 ailə (179 nəfər)
Xocalı şəhərində,
203 ailə (783 nəfər)
Cəbrayıl şəhərində
məskunlaşıb.
2026-cı ilin sonunda
Böyük qayıdışın
birinci mərhələsi
bitəcək. O zamana
qədər Qarabağ
və Şərqi Zəngəzurda 34 min 500 ailənin təhlükəsiz
məskunlaşması təmin
ediləcək. Qüdrətli
dövlətimiz qarşısına
qoyduğu bütün
məqsədlərə nail
olduğu kimi, bunun da öhdəsindən
layiqincə gələcək.
Ülkər XASPOLADOVA,
Azərbaycan.- 2024.- 30 noyabr
(№ 264).- S.4.