“Kritik
informasiya infrastrukturu obyektlərinin siyahısı”nın
təsdiq edilməsi haqqında
¹ 501
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “İnformasiya,
informasiyalaşdırma və
informasiyanın mühafizəsi
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2023-cü il 11 aprel tarixli
861-VIQD nömrəli Qanununun
tətbiqi və Azərbaycan Respublikası
Prezidentinin “İnformasiya,
informasiyalaşdırma və
informasiyanın mühafizəsi
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” 1998-ci il 19 iyun tarixli 729 nömrəli, “İnformasiya,
informasiyalaşdırma və
informasiyanın mühafizəsi
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2022-ci il
27 may tarixli 539-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası
Prezidentinin “İnformasiya,
informasiyalaşdırma və
informasiyanın mühafizəsi
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” 1998-ci il 19 iyun tarixli 729 nömrəli və “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin
təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında”
2021-ci il 17 aprel tarixli 1315 nömrəli fərmanlarında dəyişiklik
edilməsi barədə”
2022-ci il 5 iyul tarixli 1738 nömrəli fərmanlarında dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il
23 may tarixli 2145 nömrəli Fərmanının
1.1-ci bəndinin icrasını
təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. “Kritik informasiya
infrastrukturu obyektlərinin
siyahısı” təsdiq
edilsin (əlavə olunur).
2. Bu Qərarda
dəyişiklik Azərbaycan
Respublikası Prezidentinin
2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması,
razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin
3.5-ci bəndinə uyğun
edilə bilər.
Əli
Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
“ 29 ” “ noyabr ”
2024-cü il
Azərbaycan.-2024.-
30 noyabr (¹ 264).- S.2.