Mingəçevir
şəhəri 4 nömrəli
tam orta ümumtəhsil məktəbinə
Azərbaycanın Milli
Qəhrəmanı Natiq
Qasımovun adının
verilməsi barədə
№ 502
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikası Prezidentinin
2024-cü il 25 iyun tarixli 175 nömrəli Sərəncamı ilə
“Azərbaycanın Milli
Qəhrəmanı” adı
verilmiş Natiq Səlim oğlu Qasımovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. Mingəçevir şəhəri 4 nömrəli
tam orta ümumtəhsil məktəbinə
Azərbaycanın Milli
Qəhrəmanı Natiq
Səlim oğlu Qasımovun adı verilsin.
2. Azərbaycan Respublikasının
Elm və Təhsil Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri
həll etsinlər.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
“ 29 ” “ noyabr ”
2024-cü il
Azərbaycan.-2024.-
30 noyabr (№ 264).- S.2.