Təhsil
və mədəniyyətin
inkişafına dövlət
qayğısının təzahürü
Xalqın tərəqqisinə,
uğurlu gələcəyinə
yol açan təhsilin inkişafı,
milli-mənəvi dəyərlərin
qorunması və təbliği Azərbaycan
dövlətinin prioritet
istiqamətlərindəndir.
Son illər ölkəmizdə təhsilə
qayğı, onun maddi-texniki bazasının
möhkəmləndirilməsi işi ümummilli səviyyəyə yüksəldilib.
Respublikamızın bütün
bölgələrində müasir
tələblərə uyğun
minlərlə yeni məktəb binası tikilib və ya təmir edilib.
Geniş bazaya malik təhsil infrastrukturu yaradılıb.
Bu sahədə əhəmiyyətli layihələr
icra olunur, dövlət proqramları
həyata keçirilir.
Görülən işlər
Azərbaycanın gələcək
uğurlarını təmin
edəcək, ölkəmizin
adını yeni zirvələrə ucaldacaq
bu günün şagirdlərinin daha yaxşı təhsil almalarına, savadlı olmalarına şərait yaradır.
Azərbaycanda mədəniyyət
və incəsənətə
dövlət qayğısı
da yüksələn xətlə davam edir. Bu sahənin
inkaşafı üçün
də Prezident İlham Əliyev tərəfindən çoxsaylı
fərman və sərəncam imzalanıb,
bir sıra islahatlar həyata keçirilir. Dövlət
başçısının sərəncamına əsasən,
mədəniyyət ocaqlarının
yubileyləri təntənə
ilə qeyd olunur.
Görkəmli sənət
adamlarının yubileyləri
həmçinin Azərbaycan
Prezidentinin fərdi təqaüdünün və
mükafatlarının verilməsi
haqqında sərəncamları
dövlətimizin başçının
mədəniyyətimizə, sənət adamlarımıza
göstərdiyi diqqət
və qayğının
nümunəsidir. Prezident
İlham Əliyev vurğulayıb: "Xalqımızı
xalq kimi, millət kimi qoruyub saxlayan bizim ənənələrimiz
olub, tariximiz olub, ədəbiyyatımız,
ana dilimiz və mədəniyyətimiz
olubdur. Mədəniyyət,
ədəbiyyat, milli musiqi, ana dilimiz
tarixi keçmişimizdir
- biz bu sahələrə böyük
diqqət göstərməliyik".
Dövlətimizin digər
sahələr kimi təhsilin, mədəniyyətin
inkişafına göstərdiyi
diqqət və qayğının daha bir göstəricisi Milli Məclisdə birinci oxunuşda qəbul edilən "Azərbaycan Respublikasının
2025-ci il dövlət
büdcəsi haqqında"
qanun layihəsidi. Belə ki, gələn
il təhsil, mədəniyyət sahələrinə
ayrılan xərclər
artırılacaq.
Diqqətə çatdıraq
ki, növbəti ilin dövlət büdcəsi layihəsində
təhsil xərclərinə
4946,1 milyon manat ayrılması proqnozlaşdırılır.
Bu, 2024-cü illə müqayisədə 395,7 milyon
manat və ya 8,7 faiz çoxdur.
Valideynini itirmiş və ya valideyn
himayəsindən məhrum
olmuş, ölkəmizin
suverenliyi və ərazi bütövlüyü
uğrunda həlak olmuş, əlil olmuş şəxslərin
və keçmiş məcburi köçkünlərin
övladları olan tələbələrin, müharibə
veteranlarının ali
təhsil xərclərinin
dövlət hesabına
ödənilməsi üçün
41 milyon manat vəsait ayrılacaq.
2025-ci ildə mədəniyyət,
informasiya, bədən
tərbiyəsi, gənclər
siyasəti üzrə
ayrılan vəsait cari illə müqayisədə 10,4 faiz
artırılaraq 635,0 milyon
manat təşkil edəcək.
Son illərin davamlı uğurları sayəsində dünyada nüfuzu yüksələn
Azərbaycan yeni hədəflər müəyyənləşdirir
və onlara doğru qətiyyətlə
irəliləyir. Vətən
müharibəsində qazandığımız
Zəfər bu illərin ən böyük tarixi hadisəsi oldu. Müharibədən üç
il sonra - 2023-cü ildə aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda
separatizmin kökü
kəsildi. Azərbaycan
öz suverenliyini tam bərpa etdi.
Qalibiyyətlə qürur
duymaq da, öyünmək də olar. Ancaq ləngimək
olmaz. Çünki əldə olunmuş nailiyyətləri qoruyub saxlamağın yolu yeni uğurlara imza atmaqdır. Azərbaycan məhz bu yolu tutub.
Azərbaycan Ordusu
qəsbkar Ermənistan
silahlı qüvvələrini
məğlub edərək
otuz ilə yaxın işğal altında qalan ərazilərimizi azad etdi. Təəssüf ki, işğalçılar
həmin abad yerləri xarabalığa
çevirmişdilər. İndi
Azərbaycan o torpaqlara
Böyük qayıdış
proqramı həyata keçirir. Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri postmüharibə
dövrünün əsas
prioritetlərindəndir. Erməni
vandallarının dağıtdıqları,
yerlə yeksan etdikləri kəndlərimizi,
qəsəbələrimizi, rayonlarımızı, şəhərlərimizi
dövlətimiz yenidən
qurur. Qarabağın və Şərqi Zəngəzurun əhalisi
uzun illərdən sonra doğma yurdlarına qayıdırlar.
Geniş və
sürətli tikinti-bərpa,
quruculuq işləri həyata keçirilən
həmin ərazilərdə
yeni təhsil və mədəniyyət
ocaqları inşa olunur. Sevindirici haldır ki, dövlətimizin böyük
diqqət və qayğısı ilə təhsil, mədəniyyət
və incəsənət
sahələrində həyata
keçirdiyi yeniliklərin,
uğurlu layihələrin
reallaşdırıldığı ünvanlar sırasında
indi Qarabağ və Şərqi Zəngəzur da var.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
30 noyabr (№ 264).- S.6.