Bəstəkar Sevda İbrahimovanın 85 illiyi ilə bağlı ənənəvi kitab sərgisi açılıb

 

 

Milli KitabxanadaGörkəmli bəstəkar Sevda İbrahimova - 85” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Xalq artisti, professor Sevda İbrahimovanın həyatı, yaradıcılığı, elmi fəaliyyəti haqqında kitablar, müxtəlif janrlı not-musiqi əsərləri, filmlər tamaşalar üçün bəstələdiyi not məcmuələri, dövri mətbuatda çap olunan məqalələr s. Azərbaycan xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, Sevda İbrahimova 1939-cu il noyabrın 28-də Xalq yazıçısı Mirzə İbrahimovun ailəsində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının Piano (M.Brennerin sinfi) Bəstəkarlıq (Q.Qarayevin sinfi) fakültələrində təhsil alıb.

Sevda İbrahimova iki operanın (“Nənəmin nağılları”, “Biri vardı...”), beş fortepiano konsertinin, orqan, tar orkestr üçün konsertlərin, kantataların, kamera-instrumental vokal kompozisiyalarının, fortepiano solo üçün çoxsaylı silsilələrin, uşaqlar üçün müxtəlif janrlı əsərlərin, filmlər tamaşalar üçün musiqilərin müəllifidir. Əsərləri ABŞ, Fransa, İsveç, Almaniya digər ölkələrin konsert salonlarında ifa edilib.

Bəstəkarın orqan simli orkestr üçün konsert, qoboy piano üçünQəmginlikpyeslər silsiləsi, skripka kamera orkestri üçün musiqi, 2 piano üçünAzərbaycan təranələripyeslər silsiləsi, tar simli orkestr üçünSənin üçün darıxıram, Şuşam”, səs, tar simli orkestr üçünQurbansız qalan tarım”, simli orkestr üçünVətən düşüncələri digər əsərləri musiqi mədəniyyətimizin diqqətəlayiq nümunələrindəndir.

O, N.Gəncəvi, M.Şəhriyar, S.Vurğun, B.Vahabzadə, M.Araz, H.Ziya, R.Zəka, M.Dilbazi, H.Bülluri başqa şairlərin sözlərinə qəlbəyatan mahnı romanslar bəstələyib. Nəğmələri tanınmış müğənnilərin ifalarında ürəklərə yol tapıb.

Sevda İbrahimovanın Azərbaycan mədəniyyətinin inkişafındakı səmərəli xidmətləri qiymətləndirilib. O, bir çox mükafatlara təltiflərə, o cümlədən 1989-cu ildəƏməkdar incəsənət xadimifəxri adına layiq görülüb. 1994-cü ildə professor elmi adını alıb. 2005-ci ildə isə onaAzərbaycanın Xalq artistifəxri adı verilib.

Görkəmli bəstəkar Sevda İbrahimova 2022-ci il iyulun 17-də, ömrünün 83-cü ilində vəfat edib.

 

Azərbaycan.-2024.- 30 noyabr (№ 264).- S.8.