Misirdə
“Şuşa – Qafqazın
mədəniyyət beşiyi”
kitabı nəşr olunub
Misirin paytaxtı
Qahirədə Mərkəzi
Asiya və Qafqaz işləri üzrə tədqiqatçı
Əhməd Abdo Tarabikin “Şuşa – Qafqazın mədəniyyət
beşiyi” kitabı nəşr olunub.
AZƏRTAC xəbər verir ki, misirli
tədqiqatçının kitabı Şuşanın
qədim tarixindən,
onun mədəni və memarlıq incilərindən bəhs edir.
Misirli müəllif
kitabında Şuşanın
sənətkarlıq həyatına,
qədim ticarət əlaqələrinə də
toxunaraq qeyd edir ki, Şuşada
toxuculuq və zərgərlik, eləcə
də xalçaçılıq
sənəti böyük
inkişaf yolu keçmiş, Azərbaycanın
hüdudlarından kənarda
da məşhurlaşmışdır.
Kitabda qeyd olunur ki, 2020-ci il noyabrın 8-də düşmən işğalından
azad edilən şəhərdə geniş
bərpa və yenidənqurma işlərinə
başlanılıb. Şəhərdə
məscidlər, kilsə,
muzeylər, sərgi salonları, abidələr
təmir edilir.
Eyni zamanda, kitabda Şuşanın 2021-ci ildə "Azərbaycanın mədəniyyət paytaxtı", 2023-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı", 2024-cü ildə isə "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi və bu çərçivədə təşkil edilən tədbirlərdən bəhs edilir.
Azərbaycan.-2024.- 30 noyabr (¹ 264).- S.8.