Fransa borc burulğanında batır

 

 

Fransa bazarları bu il siyasi təlatümlər fonunda qlobal analoqlarından kəskin şəkildə geridə qalıb. Hökumətin çökməsi riski avrozona iqtisadiyyatı üçün əlavə problemlər yaradacaq bu səbəbdən avroya təzyiq göstərəcək.

Fransa fond bazarı ölkədə davam edən siyasi qarışıqlıq fonunda ciddi itkilərlə üzləşib. CAC 40 indeksi 1,3 faiz azalaraq avqustun 6-dan bəri ən aşağı səviyyəyə çatıb.

Bazarda bədbinliyin səbəbi  ölkədəki siyasi qeyri-sabitlik olub. Fransanın baş naziri Mişel Barnye büdcə planını həyata keçirmək üçün konstitusiya vasitələrindən istifadə edərsə, müxalifət partiyaları tərəfindən hakimiyyətdən uzaqlaşdırıla bilər. İstər solçu partiyalar, istərsə ifrat sağçı "Milli Birlik" Partiyası etimadsızlıq votumu irəli sürmək hökuməti devirmək hüququna malikdir.

Fransa fond bazarı təzyiq altındadır, Aİ-nin digər ölkələrindən fərqli olaraq bu ölkədə CAC 40 indeksi mənfi nəticələr verir. Bu günə qədər Paris indeksi 5,3 faiz azalıb. Hansı ki, Avropanın Stoxx 600 indeksi 5,6 faiz, Almaniyanın DAX indeksi isə 15 faiz artıb.

Fransa banklarının səhmləri ölkənin dövlət maliyyəsi ilə bağlı qeyri-müəyyənlik səbəbindən ən çox zərər çəkib. Çərşənbə günü, BNP Paribas SA 3 faiz azalaraq yeni altı aylıq minimuma enib Fransanın ən böyük bankının səhmləri il ərzində 11 faizdən çox ucuzlaşıb. Həmin gün AXA sığorta şirkətinin qiymətli kağızları 4,3 faiz, Credit Agricole isə 1,3 faiz ucuzlaşıb.

İyun ayında Prezident Emmanuel Makron növbədənkənar parlament seçkiləri elan edib nəticədə azlıq hökuməti formalaşıb. Uzun danışıqlardan sonra ona Mişel Barnye başçılıq etməyə başlayıb. Fransa siyasətinin mühafizəkar veteranı, xərclərin xeyli azaldılması vergi artımları vasitəsilə dövlət borcunun səviyyəsini azaltmağa yönəlmiş büdcə planını açıqlayıb.

Bununla belə, qanun layihəsi solçu alyansların Marin Le Penin populist ifrat sağçı "Milli Birlik" Partiyasının  sərt müqaviməti ilə üzləşib.

Siyasi çıxılmaz vəziyyət vaxtilə Yunanıstanda baş vermiş maliyyə böhranının bu ölkədə mümkün təkrarlanması qorxusunu artırır, çünki Fransanın büdcə kəsirinin bu il ÜDM-in 6,1 faizinə çatacağı proqnozlaşdırılır. Bu isə Avropa İttifaqının müəyyən etdiyi limitdən iki dəfə çoxdur.

Avropa Komissiyasının proqnozlarına görə, Fransanın borcunun ÜDM-ə nisbəti 2024-cü ildə 112,4 faizə çatacaq ki, bu da Aİ- ikinci ən yüksək göstəricidir. Hökumətin gələn il onu 5,1 faiz azaltmaq planı isə bir çoxları tərəfindən əlçatmaz hesab edilir.

Bir müddət əvvəl S&P Global Ratings beynəlxalq maliyyə təhlilləri agentliyi Fransanın kredit reytinqini AA dərəcəsindən AA - səviyyəsinə endirib 2027-ci ilə qədər ÜDM-in 3 faizi səviyyəsində kəsir proqnozlaşdırıb.

Fransanın siyasi maliyyə sabitliyi ilə bağlı narahatlıqlar, bazarın riskə münasibətinin əsas göstəricisi olan  spredi - Almaniya Fransa dövlət istiqrazlarının gəlirləri arasındakı fərqi 86 baza bəndinə çatdırıb ki, bu da 2012-ci ilin iyulundan bəri ən yüksək səviyyədir.

Fransadakı siyasi qeyri-müəyyənlik, eləcə Almaniyanın avtomobil sənayesi böhranı Trampın tarif təhdidi avrozonanın qaranlıq iqtisadi perspektivlərini daha  da ağırlaşdırır.

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2024.- 30 noyabr (№ 262).- S.12.