COP29
çərçivəsində Almaniya ilə sıx əməkdaşlıq
edəcəyik
Almaniya
Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab
Frank-Valter Ştaynmayerə
Hörmətli cənab
Prezident,
Ölkənizin
milli bayramı – Alman Birliyi Günü münasibətilə
Sizi və bütün xalqınızı öz adımdan və
Azərbaycan xalqı adından səmimiyyətlə təbrik
edirəm.
Biz Azərbaycan-Almaniya
əlaqələrinin hərtərəfli
inkişafına xüsusi
önəm veririk. İnanıram ki, ölkələrimiz arasında
dostluq münasibətlərinin,
o cümlədən siyasi,
iqtisadi və humanitar sahələrdə
qarşılıqlı surətdə
faydalı əməkdaşlığımızın
möhkəmləndirilməsi və genişləndirilməsi
istiqamətində bundan
sonra da birgə səylər göstərəcəyik.
Noyabr ayında
Bakıda keçiriləcək
COP29 çərçivəsində Almaniya ilə sıx əməkdaşlıq
edəcəyimizə ümidvar
olduğumu bildirirəm.
Belə bir bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan.-2024.-
4 oktyabr (№ 217).- S.1.