Prezident İlham Əliyev Cəbrayıl
şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbin
binasının açılışında iştirak edib
Cəbrayıl
və Zəngilanın bərpası konsepsiyası sürətlə
reallaşır
Prezident
İlham Əliyev Cəbrayıl şəhərində Mehdi
Mehdizadə adına tam orta məktəbin binasının
açılışında iştirak edib
YENİLƏNİB
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl
şəhərində Mehdi
Mehdizadə adına
960 şagird yerlik tam orta məktəbin
binasının açılışında
iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, elm
və təhsil naziri Emin Əmrullayev
dövlətimizin başçısına
və birinci xanıma məktəbdə
yaradılan şərait
barədə məlumat
verdi.
Diqqətə çatdırıldı
ki, ərazisi 2,7 hektar olan məktəbdə
40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin
yüksək səviyyədə
təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin
kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4
STEAM otağı, çağırışaqədərki
hazırlıq kabineti,
kitabxana, akt və idman zalları,
yeməkxana yaradılıb.
Məktəbdə internet,
mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir.
Təhsil ocağının
həyətində abadlıq
işləri görülüb,
futbol, basketbol, voleybol və açıq oyun meydançaları yaradılıb.
Xatırladaq ki,
“Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa
dair I Dövlət Proqramı”na uyğun olaraq Cəbrayıl şəhərində məktəb
binasının layihələndirilməsi
və tikintisi məqsədilə Azərbaycan
Prezidenti 2021-ci ildə
Sərəncam imzalayıb.
Təhsil ocağının
təməli 2021-ci il
oktyabrın 4-də Prezident
İlham Əliyev tərəfindən qoyulub.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı
30 ilə yaxın davam edən hərbi təcavüzü
nəticəsində işğal
olunan rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. İşğaldan
azad edilən ərazilərdə təhsil
infrastrukturunun bərpası
istiqamətində Prezident
İlham Əliyevin müvafiq sərəncamları
və tapşırıqları
ilə hazırda mühüm işlər görülür. Bu, “Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa
dair I Dövlət Proqramı”nda əksini tapıb. Tədbirlər Planına əsasən, Elm və Təhsil Nazirliyinə 2022-2026-cı illərdə
ərazi planlaşdırma
sənədlərinə uyğun
olaraq, yaşayış
məntəqələrində təhsil müəssisələrinin
tikintisi və bərpası ilə bağlı təkliflərin
hazırlanması tapşırılıb.
Azərbaycan.-2024.-
4 oktyabr (№ 217).- S.2.