Prezident
İlham Əliyev Cəbrayıl şəhərində
alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini
qoyub
Cəbrayıl
və Zəngilanın bərpası konsepsiyası sürətlə
reallaşır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də
Cəbrayıl şəhərində “Azərsun Holding” MMC-nin
alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini
qoyub.
AZƏRTAC xəbər
verir ki, “Azərsun Holding” şirkətinin Müşahidə
Şurasının sədri Abdolbari Gözəl dövlətimizin
başçısına istehsal kompleksi haqqında məlumat
verdi.
Bildirildi ki,
qazlı və qazsız su, soyuq çay, soyuq qəhvə,
limonadlar, təbii meyvə şirəli içkilərin
istehsal ediləcəyi müəssisənin illik istehsal
gücü 250 milyon PET şüşə, 350 milyon
alüminium tənəkə qutu təşkil edəcək.
Ölkəmizdən valyuta axının
qarşısının alınmasına töhfə verəcək
alkoqolsuz içkilərin istehsalı kompleksi müasirlik və
dayanıqlılıq prinsiplərinə uyğun
avadanlıqlarla təmin ediləcək. Müəssisədə
alternativ enerji mənbələrindən istifadə olunacaq.
Tam istehsal
gücü ilə fəaliyyətə başladıqdan sonra
kompleksdə Prezident İlham Əliyev tərəfindən
imzalanan “Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərinə Böyük Qayıdışa
dair I Dövlət Proqramı” çərçivəsində
Cəbrayıl şəhərinə qayıdacaq 300-ə
yaxın sakinin işlə təmin edilməsi nəzərdə
tutulur.
Alkoqolsuz
içkilərin istehsalı kompleksinin istismara verilməsi
üçün ilkin mərhələdə 35 milyon manat həcmində
investisiyanın qoyuluşu nəzərdə tutulur.
Prezident
İlham Əliyev kompleksin təməlini qoydu.
Azərbaycan.-2024.-
4 oktyabr (¹ 217).- S.2.