Prezident İlham Əliyev Zəngilan
Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə
Mərkəzinin açılışında iştirak edib
Cəbrayıl
və Zəngilanın bərpası konsepsiyası sürətlə
reallaşır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin
(ASC) Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal
İdarəetmə Mərkəzinin
açılışında iştirak edib.
AZƏRTAC xəbər
verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov
dövlətimizin başçısına görülən
işlər barədə məlumat verdi.
Bildirildi ki,
Rəqəmsal İdarəetmə Mərkəzi iki mərtəbədən
ibarətdir. Birinci mərtəbədə hər birinin
gücü 2500 kV olan iki güc transformatoru, 35 və 0,4 kV-luq
qapalı paylayıcı qurğular, ikinci mərtəbədə
isə idarəetmə, texniki və köməkçi otaqlar
yerləşir.
Mərkəzin
elektrik təchizatı üçün 110/35/10 kilovoltluq “Zəngilan”
yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri
çəkilib.
Diqqətə
çatdırıldı ki, Mərkəz elektrik şəbəkəsinin
vəziyyəti haqqında bütün məlumatları
toplayan və emal edən, eləcə də
avadanlığın rəqəmsal formatda idarə
olunmasını təşkil edən nəzarət, mühafizə
və idarəetmə sistemlərinin innovativ həll layihəsidir.
Bu layihə yarımstansiyalarda optik rəqəmsal
ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal
avadanlıq komplekslərinin işlənib
hazırlanmasını təmin edir. Yeni nəsil
yarımstansiya bütün ölçülərin yüksək
dəqiqliyini təmin edir, avtomatlaşdırma insan amilinin
şəbəkənin işinə təsirini azaltmağa,
etibarlılığını artırmağa və elektrik
enerjisinin ötürülməsi zamanı itkiləri
azaltmağa imkan verir. Həmçinin enerjinin əldə
olunması dəyəri və istismar xərcləri azalır.
Prezident
İlham Əliyev “Azərişıq” ASC-nin Zəngilan Elektrik
Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzini
işə saldı.
Qeyd olundu ki,
rəqəmsal yarımstansiyadan qidalanan istehlakçılar
elektrik enerjisi verilişində fasilələrin yaranması
barədə məlumatları onlayn qaydada əvvəlcədən
ala bilərlər. Bərpaolunan enerji mənbələrinin
şəbəkələrə inteqrasiya edilməsi prosesi rəqəmsal
yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında
fasilələrin yaranması tam aradan qaldırılır. Rəqəmsal
yarımstansiya alınan və ötürülən elektrik
enerjisinin miqdarına görə işin multifunksional rejimdə
qurulmasını, cihaz və avadanlıqların bir-biri ilə
koordinasiyasını tam təmin edir. Bundan əlavə, əməliyyatların
paylayıcı şəbəkənin tələblərinə
avtomatik uyğunlaşdırılmasını, informasiya və
texniki təhlükəsizlik sistemlərinin qərarvermə
qabiliyyətini, yaşıl enerji mənbələrinin şəbəkəyə
inteqrasiyasını da həyata keçirir. Yarımstansiya
qapalı tiplidir, istismar və idarəetmə əməliyyatları
məsafədən həyata keçirilir, daimi işçi
heyətə ehtiyac olmur.
Azərbaycan.-2024.-
4 oktyabr (¹ 217).- S.4.