Zəngilan şəhərində
beşinci yaşayış kompleksinin təməli qoyulub
Cəbrayıl
və Zəngilanın bərpası konsepsiyası sürətlə
reallaşır
Zəngilan
şəhərində beşinci yaşayış kompleksinin
təməli qoyulub YENİLƏNİB
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də
Zəngilan şəhərində beşinci yaşayış
kompleksinin təməlini qoyub.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısına kompleks barədə
məlumat verildi.
Qeyd olundu ki,
yaşayış kompleksi şəhərin mərkəzi hissəsində,
orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.
Kompleksin ərazisi məktəb və uşaq
bağçası, Zəngilan Konqres Mərkəzi və
şəhər parkının yaxınlığında yerləşir.
Yaşayış
məhəlləsi 5 hektar ərazini əhatə edir. Burada
binalar 3, 4, 5 və 6 mərtəbədən ibarət olacaq.
Ümumilikdə bu yaşayış kompleksində 334 mənzilin
inşası nəzərdə tutulub.
Prezident
İlham Əliyev yaşayış kompleksinin təməlini
qoydu.
Azərbaycan.-2024.-
4 oktyabr (№ 217).- S.4.