Prezident
İlham Əliyev Zəngilan şəhərində 104 mənzilli
yaşayış kompleksinin tikintisi ilə tanış olub
Cəbrayıl və Zəngilanın
bərpası konsepsiyası sürətlə reallaşır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də
Zəngilan şəhərində 104 mənzilli
yaşayış kompleksinin tikintisi ilə tanış olub.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısına
yaşayış kompleksi barədə məlumat verildi.
Qeyd edək
ki, Zəngilan şəhərində quruculuq işlərinin
geniş vüsət aldığı yerlərdən biri də
bu yaşayış kompleksidir. Kompleksin təməli 2022-ci il
oktyabrın 19-da Prezident İlham Əliyevin və birinci
xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Bildirildi ki,
12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi
1,92 hektardır və burada 104 mənzil inşa olunub. Kompleksdəki
binaların inşasında modern və minimalistik memarlıq
yanaşmalarından, həmçinin milli naxış elementlərindən
istifadə edilib.
Yaşayış
məhəlləsi şəhərin mərkəzi hissəsində,
məktəb, uşaq bağçası və şəhər
parkının yaxınlığında, orta
sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.
Azərbaycan.-2024.-
4 oktyabr (№ 217).- S.4.