Zəngilan
rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə
verilib
Cəbrayıl
və Zəngilanın bərpası konsepsiyası sürətlə
reallaşır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də
Zəngilan rayonunda “AzərEnerji” ASC-nin “Sarıqışlaq”
Su Elektrik Stansiyasının açılışında
iştirak edib.
AZƏRTAC xəbər verir ki, “AzərEnerji”
ASC-nin prezidenti Baba Rzayev dövlətimizin
başçısına görülən
işlər barədə
məlumat verdi.
Bildirildi ki, “Sarıqışlaq” SES Oxçuçayın
üzərində kaskad
üsulla tikilən Zəngilan silsiləsindəki
4 SES-dən biridir və buna qədər
digər 3 SES - “Cahangirbəyli”,
“Şayıflı” və
“Zəngilan” Su Elektrik stansiyaları dövlətimizin başçısının
iştirakı ilə
istismara verilib.
Yaşıl enerji
zonası konsepsiyasına
uyğun olaraq tikilən “Sarıqışlaq”
SES-də eyni vaxtda derivasiya borularının montajından,
bünövrə işlərindən
tutmuş maşın
zalının tikilməsinə,
açıq paylayıcının
qurulmasına qədər
bütün işlər
tam normativ qaydalara uyğun həyata keçirilib.
Flora və faunanın qorunması üçün xüsusi
qurğular quraşdırılmaqla
yaradılan baş suqəbuledicidən çıxan
suyun 35 faizi çay məcrasında saxlanılmaqla derivasiya boruları çəkilib
və borudan çıxan suyun itkisiz şəkildə çaya təkrar buraxılması təmin edilib.
“Sarıqışlaq” SES-də tikilən maşın zalında çayda su azalarkən özünü
avtomatik dayandıra bilən 2 ekoturbin quraşdırılıb ki,
bu turbinlər Oxçuçayın ekoloji
axımından iki dəfə artıq suyun çayda saxlanılmasını təmin
edir.
Qeyd olunub ki, su elektrik
stansiyasında 110 kV-luq
açıq paylayıcı
qurğu tikilib. Bu qurğu nəinki
“Sarıqışlaq” SES-də,
eyni zamanda “Şayıflı” SES-də
istehsal olunan yaşıl enerjinin sistemə ötürülməsi
funksiyasını icra
edir. Burada həm yarımstansiya, həm də bütövlükdə su
elektrik stansiyası rəqəmsal avadanlıqlarla
təchiz edilərək
avtomatik idarəetmə
sistemi ilə təmin olunub.
“Sarıqışlaq”da
il ərzində 33 milyon kilovat-saatadək elektrik enerjisinin istehsal olunması, bununla da 7,4 milyon kubmetr qaza qənaət edilməsi və atmosferə atılan 13 min ton karbon
qazının qarşısının
alınması nəzərdə
tutulur.
Prezident İlham
Əliyev “Sarıqışlaq”
Su Elektrik Stansiyasını işə
saldı.
Qeyd edək ki, “Sarıqışlaq”
SES-in də daxil olduğu 4 SES-dən ibarət 42 meqavatlıq Zəngilan silsiləsi işğaldan
azad edilən ərazilərdə yaradılan
ən böyük silsilədir.
Yerli mütəxəssislər
tərəfindən layihələndirilməklə,
tam yeni tikilmiş 42 MVt gücündə kaskad tipli bu 4 stansiya
qoyuluş gücünün
70 faizdən çox hissəsi ilə çalışır. Burada
istehsal olunun enerjinin bir hissəsi
daxili tələbata sərf edilir, artıq qalan enerji isə ölkə enerjisisteminə
yönləndirilir. Bu
da regional enerji müstəqilliyini artırır və ətraf mühitin qorunmasına töhfə verir.
Ümumilikdə isə
bu günədək “AzərEnerji” tərəfindən
Qarabağda və Şərqi Zəngəzurda
istismara verilən 270 meqavat gücündə 32
Su Elektrik Stansiyasında hava şəraitindən asılı
olan digər bərpaolunan enerji mənbələrindən fərqli
olaraq, 24 saat fasiləsiz yaşıl enerji istehsal edilir.
Prezident
İlham Əliyevin regionun yaşıl enerji zonasına
çevrilməsi barədə qəti mövqeyinin nəticəsi
kimi ölkə enerjisistemi tarixində ilk dəfə
Qarabağ və Şərqi Zəngəzur regionları
istismarda olan su elektrik stansiyaları hesabına ilin
bütün fəsillərində xalis sıfır karbon
emissiyalı bölgəyə çevrilib və elektrik
enerjisi tələbatı tam həcmdə yaşıl enerji
hesabına təmin edilir.
Azərbaycan.-2024.-
4 oktyabr (¹ 217).- S.5.